Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:48

Xaçmazda parkı yolda salmaq qərarına gəliblər


Xaçmazda bu yoldan sakinlər daim istifadə edir, amma indi söküb park edəcəklər.
Xaçmazda bu yoldan sakinlər daim istifadə edir, amma indi söküb park edəcəklər.

Xaçmazdakı Rəsulzadə küçəsində - yerli İcra Hakimiyyətinin inzibati binasının qarşısında istirahət parkının salınması sakinlərdə narazılıq yaradıb.

Sakin Bəhruz Mustafayev AzadlıqRadiosu-na danışır ki, bu yoldan sakinlər daim istifadə edir. Yerində park salınması yoldan istifadəni də məhdudlaşdırır:

Buna da bax:​ Xaçmazda bina qadağan olunmuş üzlüklə üzlənir

"Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə İcra Hakimiyyəti burada yerləşir deyə, camaatın yolunu əlindən alıb gətirib qabağında bir park da salırlar ki, tamamlansın. Bax, bu dəqiqə orda iş gedir, artıq maşınların gediş-gəlişi çətinləşib. Park hazır olandan sonra maşınlar da yollarını başqa küçələrdən salmalı olacaqlar. Gör adamların yolunu nə qədər uzadırlar?.."

48 HEKTARLIQ PARK SALINIB

Xaçmazdakı Rəsulzadə küçəsində istirahət parkı salınır.
Xaçmazdakı Rəsulzadə küçəsində istirahət parkı salınır.

Başqa sakin Aqşin Nuriyev deyir, son illər Xaçmaz şəhərinin ayrı-ayrı yerlərində ümumilikdə 48 hektarlıq ərazidə müxtəlif parklar salınıb:

Buna da bax: Torpağın 'İpək yolu'na düşübsə, ondan əlini üz...

"Ta ki klubun qabağına qədər 150 metrə yaxın yolu kəsib park eləyirlər. Bu qədər park salınıb, bundan sadə xaçmazlıya nə?... Sadə xaçmazlı qapalı çayxanaya üstünlük verir. Parklarda istirahət edən tapmazsan. Hara baxırsan heykəl, hara baxırsan park... Hamısı büdcədən pul silmək üçündür. Acından günorta oyanırıq, parka getmək yadımıza düşmür. Biri, ikisi kifayət idi. İndi boş torpaq sahəsi tükənib, başlayıblar yolların başından kəsib park yaratmağa..."

Xaçmaz rayon icra hakimiyyətindən AzadlıqRadiosu-na bildirilib ki, Rəsulzadə küçəsində salınmaqda olan istirahət parkı rayondakı abadlıq-quruculuq işlərinin bir hissəsidir. Həmin ərazidə istirahət məkanı məhdud olduğundan icra başçısı park salınmasıyla bağlı sərəncam verib. Parkın salınması avtomobil və piyadaların hərəkətinə mane olmayacaq.

XS
SM
MD
LG