Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Azərbaycanın neft hasilatı ildən-ilə azalır, bu il də istisna deyil


Azərbaycanda neft hasilatı
Azərbaycanda neft hasilatı

“Rövnəq müəllim, görəsən, nəyi dondurur?”

İqtisadiyyat eksperti Natiq Cəfərli SOCAR prezidenti Rövnəq Abdullayevin neft hasilatını dondurmaqla bağlı OPEC-in mümkün qərarına reaksiyasını şərh edir.

Neft hasilatını “dondurmaq” təklifi yenə gündəmə gəlib. Sentyabrın 26-dan 28-dək Əlcəzairdə keçiriləcək XV Beynəlxalq Enerji Forumunda neft hasilatının “dondurulması”na dair danışıqların bərpa olunacağı gözlənilir. Bu ilin yazında belə danışıqlar OPEC daxilindəki fikir ayrılığı ucbatından uğursuz nəticələnmişdi. O vaxt Azərbaycan hasilatı “dondurmaq” təşəbbüsünə dəstək vermişdi.

SOCAR: “Hələ OPEC-in əvvəlki görüşündə neft hasilatının müəyyən səviyyədə saxlanılmasına biz də razılıq vermişdik”.

Bu dəstək yenə səslənib. Dövlət Neft Şirkətinin – SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, neft hasilatının müəyyən səviyyədə saxlanılması ilə bağlı Əlcəzairdəki görüşdə qərar qəbul olunarsa, Azərbaycan da buna razılıq verməyə hazırdır: “Hələ OPEC-in əvvəlki görüşündə neft hasilatının müəyyən səviyyədə saxlanılmasına biz də razılıq vermişdik”.

Buna da bax:​ Neft, qaz hasilatı azalıb

Bir faktı unutmaq olmaz ki, istər SOCAR-ın, bütövlükdə Azərbaycanın neft hasilatı azalır. Aşağıdakı rəqəmlər də açıq göstərir ki, 2006-2010-cu illərdə artsa da, 2011-ci ildən bəri ölkədə neft hasilatı azalmağa üz tutub. Yalnız 2013-cü ildə əvvəlki illə müqayisədə cüzi artım qeydə alınıb.

İlbəil neft hasilatı: (tonla)

2006 – 32 milyon 273 min

2007 – 42 milyon 604,3 min

2008 – 44 milyon 527,2 min

2009 – 50 milyon 419,3 min

2010 – 50 milyon 795,5 min

2011 – 45 milyon 625,4 min

2012 – 43 milyon 389,8 min

2013 – 43 milyon 483,9 min

2014 – 42 milyon 22,7 min

2015 – 41 milyon 586 min

“Rövnəq müəllim dəqiq bilməlidir ki…”

“Rövnəq müəllim dəqiq bilməlidir ki, bizdə hasilat azalır..."

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bütövlükdə götürülsə, Əlcəzairdə ciddi bir qərarın qəbulu mümkün deyil: “Rəqib ölkələr razılaşa bilmirlər”.

Azərbaycanın hasilatı bəli səviyyədə “dondurmasına” gəlincə, ekspert deyir: “Rövnəq müəllim dəqiq bilməlidir ki, bizdə hasilat azalır. Başqa sözlə, hətta istəsələr belə, hasilatı bugünkü səviyyədə dondura bilməzlər. Əksinə, hasilatımız azala-azala gedəcək”.

Buna da bax:​ BP: '2016-2017-ci illərdə neftin bahalaşması gözlənilmir'

"İlin sonuna neft hasilatı azalacaq".

O, daha sonra rəsmi statistikaya istinad edir: “Məsələn, bu günə olan rəsmi məlumata baxaq. İlin əvvəlindən bugünədək SOCAR neft hasilatını 9%-dən çox azaldıb. Bəs Rövnəq müəllim, görəsən nəyi dondurur, harada dondurur, niyə dondurur?!”

“Azərbaycanda neft hasilatının artması gözlənilmir”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Azərbaycanda neft hasilatının artmasının gözlənmədiyini deyir: “Bu ilin ilk yarısında 2011-ci ildən sonra ilk dəfə hasilatda artım oldu. Ancaq buna baxmayaraq, ilin sonuna neft hasilatı azalacaq”.

XS
SM
MD
LG