Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

İ.Əliyev: 'Dünyada ən yüksək inkişaf göstəriciləri bizdədir'


İ.Əliyev
İ.Əliyev

«Əsas qeyri-neft sektorunun və kənd təsərrüfatının göstəriciləridir. Hər iki göstərici çox müsbətdir. Hesab edirəm ki, bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir».

Bu fikirləri prezident İlham Əliyev martın 29-u Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

***Buna da bax-Prezident: 'Biz nümunə göstəririk...'

O qeyd edib ki, ən mötəbər dünya forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. «Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq. Əlbəttə ki, bu bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir», - deyə prezident əlavə edib.

***Buna da bax-Prezident: 'Vətəndaşların pambıqçılığa çox böyük marağı yaranıb'

İlham Əliyev daha sonra sahibkarlığa dəstəkdən danışıb: «Əlbəttə ki, ilk növbədə, mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun. Onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə qoysunlar. Eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir».

Pambıqçılıq: 200 mindən çox iş yeri

Prezident deyib ki, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq: «Keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün üç dəfədən çox imkan yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. Vətəndaşlar, işləmək istəyən vətəndaşlar özləri üçün iş tapa bilərlər».

İlham Əliyevin deməsinə görə, indi dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir.

XS
SM
MD
LG