Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

D. Kramer: “ABŞ Əliyevi yüksək səviyyədə qəbul etməməlidir”


David Kramer
David Kramer

►“ABŞ administrasiyası Azərbaycanda bütün siyasi məhbusları azad etməyincə prezident İlham Əliyevi yüksək səviyyədə qəbul etməməlidir.”

Freedom House təşkilatının keçmiş rəhbəri, ABŞ dövlət katibinin insan hüquqları və demokratiya üzrə keçmiş köməkçisi Devid Kramer
prezidentin martın 17-də imzaladığı əfv sərəncamını Turan-a şərh edərkən belə deyib.

O, bir çox siyasi məhbusların hələ də həbsdə olduğunu qeyd edib:

“Mən 14 siyasi məhbusu azadlıqda görməyimə şadam. Onlar heç zaman həbsdə olmamalıydılar .

Lakin siyasi məhbusların bir çoxu azadlığa buraxılmayıb.

Prezident İlham Əliyev bütün siyasi məhbusları buraxmayana, öz ölkəsinin siyasi sistemində bir çox problemi həll etməyənə qədər onunla yüksək səviyyədə heç bir görüş olmamalıdır” - deyə D. Kramer İlham Əliyevin martın 31-də nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gözlənilən səfəri ilə bağlı bildirib.

Buna da bax: Hilal Məmmədov: "Haqq-ədalət naminə mübarizəmizi davam etdiririk"

Hilal Məmmədov: "Haqq-ədalət naminə mübarizəmizi davam etdiririk"
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG