Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:59

İ.Məmmədovun şikayətinə baxacaq hakim bilindi


REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxacaq hakimin adı açıqlanıb.

Bu barədə AzadlıqRadiosuna İ.Məmmədovun vəkili Cavad Cavadov bilgi verib.

C.Cavadovun deməsinə görə, iş Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. «Maraqlıdır, işə hansı hakim baxacaq deyilir, amma onun şikayətə nə vaxt baxacağı açıqlanmır»,-deyə vəkil qeyd edib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş verən kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Ancaq məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG