Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

İmran Xan həbs edilib


İmran Xan
İmran Xan

Pakistanın keçmiş baş naziri İmran Xan barəsində məhkəmə tərəfindən 3 il həbs cəzası verilib.

Ölkə məhkəməsi onu dövlət hədiyyələrini qeyri-qanuni yolla satmağa görə cəzalandırıb.

Bu qərarın ardından Pakistan polisi keçmiş baş naziri Lahor şəhərindəki iqamətgahında həbs edib.

Keçmiş kriket ulduzu və eyni zamanda əsas müxalifət lideri olan 70 yaşlı Xan 2022-ci ilin aprel ayında etimad səsverməsini uduzduqdan sonra baş nazir vəzifəsindən getməli olub.

Əgər ölkə məhkəməsinin növbəti instansiyası hökmü qüvvədə saxlasa İmran Xana beş illik siyasət qadağası tədbiq olunacaq. Bu isə 70 yaşlı siyasətçinin ilin sonunda keçirilməsi planlaşdırılan seçkilərdə iştirak edə bilməyəcəyi mənasına gəlir.

Həbsindən öncə yaydığı video bəyanatda Xan həbs olunacağını gözlədiyini bəyan edib. Eyni zamanda o, öz tərəfdarlarını "dinc, mətin və güclü" qalmağa çağırıb.

XS
SM
MD
LG