Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Avropa Şurası Xədicənin hakimiyyətə qarşı iddiasını dəstəklədi


Xədicə İsmayıl
Xədicə İsmayıl
Nils Muiznieks
Nils Muiznieks

.

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks təhqiqatçı-jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə xüsusi müdaxilə vəsatəti ilə müraciət edib.

Bu vəsatət jurnalistin Azərbaycan Respublikasına qarşı iddiasına baxmalı olan Avropa İnsan Haqları Məhkəməsi tərəfindən nəzərdən keçiriləcək.

İnsan haqları komissarı öz səlahiyyət mandatına uyğun olaraq Azərbaycan Respublikasında insan haqlarının vəziyyəti və bu vəziyyətin İsmayılovanının işi ilə bağlığına dair məlumat verib və jurnalistinAzərbaycana qarşı iddiası üzrə məsələyə dair vəsatətlə müdaxilə etmək qərarına gəldiyini bildirib.

Avropa Şurasının insan haqları komissarı vəsatət məktubunda bildirir ki, jurnalist Xədicə İsmayılovanın işi Azərbaycanda repressiyalara məruz qalmış başqa insan haqları müdafiəçilərinin işindən mahiyyətcə fərqlənmir.

Azərbaycan “fenomeni”

İnsan haqları komissarının məktubunda insan haqları müdafiəçilərinə, müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə qarşı hücumlar ayrı-ayrı epizodlar üzrə geniş təsvir olunur.

Məktubda Azərbaycanda insan haqları fəalları üzərinə son iki ildə xüsusilə şiddətlənmiş hücumun ciddi narahatlıq doğurduğu bildirilir və bu hal “fenomen” adlandırılır.

İnsan haqları komissarı yazır ki, bu vəziyyətlə bağlı Azərbaycan hakimiyyətinə onun özü və digər Avropa strukturları tərəfindən dəfələrlə edilmiş çağırışlar qulaqardına vurulur və Azərbaycan hökuməti insan haqları fəallarının və müstəqil jurnalistlərin həbslərinin və məhkum edilməsinin peşə fəaliyyəti ilə bağlı olmadığını iddia edir.

Komissar Azərbaycanın insan haqlarına dair öhdəliklərinə əməl etmədiyini birmənalı şəkildə bəyan edib.

Cəsarətin bahası

Məktubda deyilir ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair Avropanın müxtəlif srtrukturları tərəfindən bəyanatlar və sənədlər qəbul edilsə də, problemlər həll edilməmiş qalır.

Vəsatətdə bildirilir ki, Azərbaycanda qanunlar ifadə azadlığının məhdudlaşdırılmasına xidmət edir və QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilyə edilmiş dəyişikliklərin qüsurluluğu ilə insan haqları fəallarının həbsləri arasında əlaqə mövcuddur.

İnsan haqları komissarı inandığını bildirir ki, Azərbaycan hakimiyyəti hökumət korrupsiyalarını və insan haqları pozuntularını ifşa etdiyinə görə jurnalist Xədicə İsmayılovadan qisas alır.

O xatırladır ki, jurnalist fəaliyyətindən əlavə İsmayılova həm də Avropa Şurası insan haqları qurumlarının fəal partnyorlarındandır və məhbus edilməsi ilə bu “cəsarətli işinin bahasını ödəyir”.

Komissar hesab edir ki, İsmayılovaya qarşı irəli sürülmüş ittihamlar ədalətsizdir və onu susdurmaq məqsədi güdür.

Komissara da çətindir

Komissar qeyd edir ki, Xədicə İsmayılova jurnalist fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

Məktubda deyilir ki, Azərbaycan hakimiyyəti insan haqları müdafiəçilərinin üzərinə hücumlar etməklə, nəinki özünün beynəlxalq öhdəliklərini, eyni zamanda qanunun aliliyi prinsipini pozub.

Sənəddə deyilir ki. Azərbaycanda yaranmış vəziyyət bir komissar kimi onun da fəaliyyətini çətinləşdirib.

Komissar Azərbaycan hakimlərini apardıqları işlərdə İnsan Haqları Konvensiyasını rəhbər tutmağa çağırır.

İnsan haqları komissarı bu qənaətdə olduğunu bildirir ki, Azərbaycanda insan haqları müdafiəçilərinintəqibinə son qoyulmalı və bu sahədə fəaliyyətlərinə görə həbs edilənlərin hamısı azadlığa buraxılamlıdır.

XS
SM
MD
LG