Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:35

Azərbaycan bankları ipotekanı bərpa edib, amma...


"İpoteka". Şerif. Karikatura
"İpoteka". Şerif. Karikatura

Azərbaycanda banklar əhaliyə ipoteka krediti verilməsini bərpa edib. Kredit verən bankların siyahısına "PAŞA Bank", "UniBank", "Kapital Bank", "AtaBank", "Bank Respublika", "Bank of Baku", "Muğanbank", "Yapı Kredi Bank", "Xalq Bank" və "Bank BTB" daxil da olub.

Ümumi əsaslarla verilən ipoteka krediti üzrə ilkin ödəniş 15-25, imtiyazlı ipoteka krediti üzrə isə 15 faiz təşkil edir.

Amma ipoteka krediti götürmək istəyənin az olduğu bildirilir. Ay ərzində ipoteka krediti ilə bağlı müraciət qeydə alınmayıb. Bu haqda kredit xətti açan bankların mətbuat xidmətlərindən bildiriblər.

Buna da bax:​ Beynəlxalq Bank yenidən ipoteka krediti verəcək

Ekspertlər ipotekaya marağın olmamasını müxtəlif səbəblərlə izah edir. İqtisadçı Vüqar Bayramov bunun əsasən, sosial mənzil layihəsinin həyata keçirilməsi ilə bağlı olduğunu düşünür.

İnsanlar mənzillərin daha da ucuzlaşmasını gözləyir

Vüqar Bayramov
Vüqar Bayramov

“Bir sıra kateqoriyalara aid olan vətəndaşlar sosial mənzilə üstünlük verir. Çünki bu mənzili almağın şərtləri kommersiya banklarının son dərəcə ağır tələblərinə nisbətən daha yüngüldür. Hazırda bir çox gənc ailələr sosial mənzil almaq üçün elektron qeydiyyat sisteminin işə salınmasını gözləyir”, deyən ekspert daşınmaz əmlak bazarındakı durğunluğun təsirini də qeyd edib.

Buna da bax:​ İpoteka məbləği 100 minə qaldırıldı

Vüqar Bayramovun deməsinə görə, İpoteka sxemi ilə mənzil əldə etməyi planlaşdıran insanlar mənzil qiymətlərinin daha da ucuzlaşmasını gözləyirlər:

“2014-cü ildən etibarən tikinti sektorunda mənfi təmayül formalaşıb. Bu, tikinti layihələrinin və obyektlərinin dondurulmasında, daşınmaz əmlak qiymətlərinin aşağı düşməsində özünü göstərib. Bu ümidlər potensial alıcıların davranışına təsir edib".

Manatla evlərin ucuzlaşması gözlənilmir

Daşınmaz əmlak sahəsində ekspert Rəşad Əliyev də deyir ki, vətəndaşların alıcılıq qabiliyyəti aşağıdır:

“Bu il daşınmaz əmlak bazarında manatla qiymətlərin ucuzlaşacağı gözlənilmir. Ötən il daşınmaz əmlak bazarında satış nöqteyi-nəzərdən uğursuz oldu. İki devalvasiyadan sonra bu vəziyyət izlənilir: yeni binalarda satış həcmləri azalıb, sövdələşmə və verilmiş ipoteka kreditlərinin ümumi sayı azalıb. Hazırda yeni binaların, demək olar ki, yarısı boşdur.

Buna da bax:​ 'Güzəştli mənzillər' neçəyə olacaq?

Rəşad Əliyev
Rəşad Əliyev

Milli iqtisadiyyatda qeyri-stabil vəziyyət bu sahədə birmənalı proqnozlar verməyə imkan vermir. Daşınmaz əmlak bazarında vəziyyət neft qiymətlərindən, valyuta bazarının vəziyyətindən və ölkənin ipoteka proqramında islahatlardan asılı olacaq”, – ekspert deyib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, İpoteka Fondunun (AİF) xətti ilə ayrılmış ipoteka kreditlərinin həcmi ötən ilin yanvar-dekabr aylarında bir milyon manatdan bir qədər çox olub. Bu əvvəlki ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 65 dəfə azdır.

Buna da bax:​ Sosial evlər layihəsi gerçəkləşir, amma... [video]

Xatırlatma

Azərbaycan İpoteka Fondu (AİF) vasitəsilə kreditlər 2006-cı ildən verilir. Sosial ipoteka (50 min manat, 4 faizlə) 2007-ci ilin II yarısından verilmir. Ötən il kommersiya kreditlərinin (8 faiz) də dayandığı bildirilirdi.

Bu ilin əvvəlinə qədər Azərbaycanda təqribən 18 minə qədər ipoteka krediti verilmişdi.

XS
SM
MD
LG