Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:41

Ölkə iqtisadiyyatının gerçək durumu [media icmalı]


Neft borusunun ventili (arxiv fotosu)
Neft borusunun ventili (arxiv fotosu)

Qeyri-neft sektorunda vəziyyət, ölkə iqtisadiyyatının inkişafına mane olan problemlər, ixtisarlarla bağlı gözləntilər bu gün (12 avqust, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Dalanda

Exo” qəzetində “Dalan: birtərəfli iqtisadiyyat, qeyri-sabit manat və əhalinin aşağı olan gəlirləri” sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkə iqtisadiyyatının gerçək durumunu ekspertlərlə müzakirəyə çıxarır. Yazıda oxuyuruq:

Buna da bax: Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

“Rəsmi göstəricilərə əsasən, əgər iqtisadiyyat iki rüb davamlı inkişaf edirsə böhran bitmiş sayılır. Amma bu belə deyil axı, hələ, hökumətin qarşısında təcili qaydada həll etməli olduğu çoxsaylı məsələlər var. İqtisadi şaxələndirmənin gerçəkləşməməsi, manatın qeyri-sabitliyi, bank sisteminin problemləri, əhalinin gəlirlərinin aşağı olması ölkənin inkişafını əngəlləyən amillər sırasındadır. Bundan əlavə korrupsiya və inhisarla mübarizə də “başağrısı”dır”.

Neft buruqları (arxiv fotosu)
Neft buruqları (arxiv fotosu)

Ekspertlər hesab edirlər ki, problem təkcə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə bağlı deyil. Üstəlik, ölkənin daxili problemləri durumu daha da ağırlaşdırıb:

Buna da bax: AZAL prezidenti həyat yoldaşı ilə müqavilə bağlayırsa... [araşdırma]

“Odur ki, neftin qiymətindəki cüzi artım böhranın aradan qalxmasına və uzun illər boyu toplanmış bütün problemlərin həllinə zəmanət vermir. İqtisadiyyat birtərəfli inkişaf edirdi, odur ki, gec və ya tez dalana dirənməli idi, digər tərəfdən işsizlik də problem olaraq qalmaqdadır”.

Ekspertlərə görə, indi Azərbaycanda işsizlik problemini aradan qaldırmaq mümkün deyil. Ancaq problemi yumşaltmaq olar.

Onların fikrincə, regionlarda aqrar və yüngül sənaye sahəsi inkişaf etdirilsə bir xeyli iş yerləri yaranar:

Buna da bax: Şadlıq evlərinə yeni qayda qoyuldu

“Hazırda regionların əksəriyyəti Bakının himayəsindədir. İstəmək azdır, həm də nəsə etmək lazımdır. Məmurlar məqsədləri kağız üzərində yaxşı göstəriblər. Bunun gerçəkdə necə olacağını isə zaman göstərəcək. Zaman isə çox deyil...”

Kütləvi ixtisarlara hazırlıq?

Novoye Vremya” qəzetində diqqəti “Biznes mühitinin yaxşılaşması əmək məcəlləsini sərtləşdirir” sərlövhəli məqalə cəlb edir.

Yazıda Əmək Məcəlləsi təhlil edilir. Müəllif yazır ki, bütünlükdə əhalinin durumu pisləşməkdə davam edir. Yaxın gələcəkdə pozitiv bir əlamət belə görünmür:

İşsizlər (arxiv fotosu)
İşsizlər (arxiv fotosu)

“Ölkədə biznes mühitin yaxşılaşdırılması ilə bağlı proqramlara inansaq, bu da əməkçilərin tədricən cəmiyyətin hüquqsuz iştirakçılarına çevrilməsinə aparır. Məcəllə isə birmənalı olaraq sahibkarın hüquqlarının müdafiəsində durur. Burada müsbət meyllər olsa da, mənfi məqamlar da az sayılmaz”.

Buna da bax: İran Azərbaycanla yaxın bölgələrdə yeni xəstəxanalar tikir [video]

Yazıda iddia olunur ki, hökumət yaxın vaxtlarda kütləvi ixtisar proqnozlaşdırır. Ölkədə biznes mühitin yaxşılaşdırılması tədbirləri çərçivəsində ixtisarlar nəzərdə tutulur:

Müəllif vurğulayır ki, işsizliyə görə müavinətin ödənilməsi də iş stajından asılı olacaq.

Yazıda bildirilir ki, indiyə kimi işləyən əməkçi 14 faiz gəlir vergisi, 3 faiz sosial fondlara ödənişlər edirdisə, 2018-ci ildən əlavə olaraq 0,5 faiz işsizlikdən sığorta ilə bağlı ödəniş etməlidir.

Müəllifin bildirməsinə görə, üstəlik, sosial fondlara ödənişlərin strukturlarında da dəyişikliklər edilir:

“İndiyə kimi sahibkar 22 faiz, əməkçi isə 3 faiz ödəniş edirdisə, tezliklə bu 17 və 8 faiz nisbətində olacaq”.

Buna da bax: Ramil Quliyev dünya çempionu oldu! (Müsahibəsi)

Müəllif hesab edir ki, qanunvericilikdə bütün bu dəyişikliklər kütləvi ixtisarlara hazırlıq məqsədi daşıyır.

Yazıda bildirilir ki, 2016-cı ildə əmək birjasına işdən ötrü 204 min nəfər müraciət edib. 2015-ci il ilə müqayisədə bu 3,4 dəfə çoxdur:

“Bu 204 min adamdan yalnız 57 min nəfərə yaxını işə düzələ bilib, qalan 127 min nəfər isə iş axtaran şəxslər kimi qeydə alınıb”.

Yazıda bildirilir ki, əhalinin real gəlirləri də getdikcə azalmaqdadır.

Hədəf və məqsəd...

Azərbaycan” qəzetində “Məqsəd məlum, hədəf bəlli” sərlövhəli məqalədə Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının neft və qazdan asılılığını azaltmaqdan ötrü atdığı addımları dəyərləndirilir.

Müəllif yazır ki, bütün hallarda Azərbaycan neft-qaz ölkəsi olaraq qalır. Lakin artıq, neçə ildir ölkə iqtisadiyyatı qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına köklənib.

İlham Əliyev Avropa Oyunlarının məşəlini aparır. 7 iyun 2015
İlham Əliyev Avropa Oyunlarının məşəlini aparır. 7 iyun 2015

Daha sonra müəllif diqqəti bu il avqustun 4-də Qax rayonunda prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Respublika müşavirəsinə yönəldir:

“Həmin müşavirə Azərbaycanda yaxşı qazanc gətirən sahələrin dirçəldilməsi və neft-qaz ixracından asılılığı azaltmaq yönündə atılan növbəti addım da sayıla bilər”.

Yazıda iddia edilir ki, son göstəricilərə görə, ölkədə qeyri-neft sektoru 27 faiz, kənd təsərrüfatı 40 faizdən çox artıb:

Buna da bax: Bakıda metro təmirə bağlanıb [video]

“Əgər, belə olmasaydı, cəmi 2 ilə barama istehsalı 200 kiloqramdan 244 tona, fındıq bağlarının sahəsi 32 min hektardan 55 min, pambıq əkini sahələri 17 min hektardan 136 min hektara çatmazdı”.

Müəllif deyir ki, aqrar sahənin inkişaf etdirilməsi təkcə ərzağa olan tələbatı yerli istehsal hesabına ödəmək istəyindən irəli gəlmir. Məqsəd həmçinin, ixracda kənd təsərrüfatı məhsullarının çəkisini artırmaqdır.

Yazıda dövlət başçısı İlham Əliyevdən də sitat gətirir:

“Kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusən son illər ərzində ən müasir texnika alınıb gətirilir. Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilib...”.

XS
SM
MD
LG