Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:15

Abdullahian: İran Təbrizdə Ermənistan konsulluğunun açılmasına hazırdır


İran və Ermənistanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan oktyabrın 21-də Qafanda İran baş konsulluğunun açılışında iştirak ediblər
İran və Ermənistanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan oktyabrın 21-də Qafanda İran baş konsulluğunun açılışında iştirak ediblər

Ermənistanın Qafan şəhərində İran İslam Respublikası baş konsulluğunun rəsmi açılış mərasimi olub

Ermənistanın Qafan şəhərində İran İslam Respublikası baş konsulluğunun rəsmi açılış mərasimi olub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu, İranın Ermənistandakı ilk baş konsulluğudur.

Baş konsulluğun açılışında İran və Ermənistanın xarici işlər nazirləri Hüseyn Əmir AbdullahianArarat Mirzoyan iştirak ediblər.

Azatutyunun yazdığına görə Abdullahian deyib ki, İran Ermənistan Respublikasının və regionun təhlükəsizliyinə öz təhlükəsizliyi kimi baxır:

“Bizim siyasətimiz ərazi bütövlüyünə, habelə beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərə ehtiramdan ibarətdır”.

Syunik vilayəti

İran xarici işlər naziri daha sonra Qafanın yerləşdiyi Syunik vilayəti barədə deyib:

“Syunik vilayəti Şimal-Cənub dəhlizinin ən mühüm sahələrindən biridir. Biz Ermənistanı Şimal-Cənub magistralında yerləşən ən mühüm ölkələrdən biri hesab edirik və bu tranzit yolun, habelə bu yolla yük və sərnişin daşımalarının inkişaf etdirilməsi üçün bütün səylərimizi əsirgəməyəcəyik”.

Abdullahian habelə xatırladıb ki, İran Təbriz şəhərində Ermənistan Respublikası baş konsulluğunun açılmasına hazırdır.

Bundan əvvəl Yerevanın belə bir niyyətdə olduğunu Ararat Mirzoyan təsdiqləmişdi.

Azatutyun yazır ki, İran Qafanda baş konsulluq açmaq qərarını hələ ötən dekabrda qəbul etmişdi.

XS
SM
MD
LG