Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:27

İranda ikinci etirazçıya ölüm hökmü çıxarılıb


Tehranda Şərif Universitetinin tələbələri etiraz edir
Tehranda Şərif Universitetinin tələbələri etiraz edir

İranda nümayişlərdə həbs olunmuş daha bir etirazçıya qarşı – son üç gündə ikinci ölüm hökmü çıxarılıb. Həmin şəxs sentyabrda Məhsa Əmininin ölümündən sonra başlanmış etirazlarda saxlanıb. Əmini hicabı düzgün bağlamama ittihamıyla saxlanandan sonra vəfat edib.

Ədliyyənin Mizan Onlayn vebsaytı noyabrın 15-də axşam bildirib ki, inqilab məhkəməsi “küçələrdə əhalini soyuq silahla terrorizə edən, bir vətəndaşın motosiklini yandıran, digərinə bıçaqla hücum edən bir təqsirləndirilənə ölüm hökmü çıxarıb”.

İran İnqilab Keşikçiləri Korpusu terrorçu təşkilat hesab oluna bilər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Piranşəhrdə öldürülən 16 yaşlı oğlan

Ötən il ölkənin qərbi Piranşəhr şəhərində öldürülmüş 16 yaşlı oğlanın atası Həsən Daroftade isə deyir ki, təhlükəsizlik agentləri onu çağıraraq təzyiq göstərib ki, oğlunu hökumət qüvvələrinin deyil, kürd qruplarının öldürdüyünü desin.

AzadlıqRadiosunun Radio Fərda fars xidmətinə danışan Kumar Daroftadenin atasının sözlərinə görə, təhlükəsizlik agentləri ondan deyə bilmədiyi şeyi xahiş edib:

“Oğlumu hökumət öldürüb, onlar da məsuliyyət daşımalıdır. Onlara dedim ki, əgər kürd qrupları öldürmüşdüsə, niyə onun meyitini oğurladınız, onun mobil telefonunu niyə götürdünüz?”

Bir metr məsafədən atəş

Daroftade oktyabrın 31-də Piranşəhr kürd şəhərində dəfn mərasimində oğlunu “azadlıq şəhidi” adlandırıb.

Onun sözlərinə görə, oğlu küçədə iki dostu ilə dayanan vaxt ona yaxın məsafədən atəş açılıb.

“Ekspertiza həkimi ona bir metr məsafədən atəş açıldığını deyib”, – ata sözlərinə əlavə edib.

Əmininin ölümü İranda islam inqilabından bəri görünməmiş etirazlara yol açıb. Gənc qadının Kürdüstan vilayətindəki doğma Saqez şəhərində başlanan etirazlar ölkəyə yayılıb. Tehran dəlil göstərmədən İranın şimalındakı kürd qrupların nümayişlərə dəstək verdiyini deyir.

Nümayişlərdə 300-dən çox etirazçının öldürüldüyü, minlərlə insanın saxlandığı bildirilir.

XS
SM
MD
LG