Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

İranda etirazlarda azı 201 nəfər öldürülüb


İranda polislər etirazçı qadınları döyür
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

İranda polislər etirazçı qadınları döyür

108 ölümün çoxu İranın qərbindəki Kürdüstan vilayətində qeydə alınıb. Əmini Tehrana getməmişdən Kürdüstanda yaşayıb

İran İnsan Haqları (İİH) təşkilatı ölkə boyunca etirazlarda 23-ü uşaq olmaqla azı 201 nəfərin öldürüldüyünü bildirir. Osloda yerləşən qurum xəbərdarlıq edir ki, etirazçılara “qanlı divantutma” davam etdiyindən itkilər arta bilər.

22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və ölkədə hicaba, rejimə etiraz aksiyaları başlayıb.

İİH oktyabrın 12-də bildirib ki, son üç həftədə etirazlarda azı 108 nəfər öldürülüb. Azı 93 nəfər isə cənub-şərqi Sistan-Baluçistan vilayətindəki Zahedan şəhərindəki toqquşmalarda həlak olub. Həmin vilayətdə yeniyetmə qızın polis rəisi tərəfindən zorlanması haqda məlumatlar yayılandan sonra etirazlar başlanıb.

Ölümlərin qarşısını almaq çağırışı

108 ölümün çoxu İranın qərbindəki Kürdüstan vilayətində qeydə alınıb. Əmini Tehrana getməmişdən Kürdüstanda yaşayıb.

Mərkəzi Bankın yeni binasını kim tikir?
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Ölkənin bədnam əxlaq polisi Əminini sentyabrın 13-də həbs edib, onun məcburi hicab qaydalarına əməl etmədiyi iddia olunur. Üç gün sonra o, xəstəxanada vəfat edib. Şahidlər və ailə üzvləri Əmininin döyüldüyünü deyirlər.

Rəsmilər ittihamları rədd edir, onun “yan xəstəliklər”dən öldüyünü bildirir. Ailəsi isə saxlananadək Əmininin durumunun yaxşı olduğunu söyləyir.

“Beynəlxalq ictimaiyyət dərhal reaksiya verməklə Kürdüstanda bundan sonrakı ölümlərin qarşısını almalıdır”, – IHR direktoru Mahmud Əmiri-Moğaddam deyib.

Rəsmilərin təkzibi

Etirazlar ölkəyə sürətlə yayılıb. Rəsmilərin hər hansı təhqiqat aparmadan əxlaq polisinin bu ölümə görə məsuliyyətini danması ictimai qəzəbi gücləndirib.

Ali dini lider Ayətullah Əli Xameneyi və digər liderlər iğtişaşların arxasında xarici elementlərin durduğunu deyir.

Qatı mühafizəkar Prezident İbrahim Rəisi də oxşar ittihamlar səsləndirib. O, oktyabrın 8-də yeni dərs ilinin başlaması münasibətilə Tehranda bir universitetdə çıxış edib.

Rəisi Tehranda ancaq qadınların təhsil aldığı Əlzəhra Universitetində professor və tələbələrə müraciət edib. Sosial mediada yayılmış videoda qadın tələbələrin “Rəisi, rədd ol”, “Mollalar, rədd olun” deyə qışqırdığı görünür.

Bu yay İranda yoxsul həyat şəraitinə, su qıtlığına, ABŞ sanksiyalarından doğan iqtisadi çətinliklərə etirazlar səngiməyib. Vaşinqton 2018-ci ildə İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

XS
SM
MD
LG