Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

Xəsarət alan qadın: 'İrana gedəndə zədələnmişəm...'


Astara sakini Fəridə İbayeva, İranla sərhədi keçərkən yaralanıb
Astara sakini Fəridə İbayeva, İranla sərhədi keçərkən yaralanıb

«İranda bizə deyirlər ki, sizin neftiniz var. Nə üçün bu gündəsiniz?»

*Youtube Kanalımızı 80 min nəfər izləyir və gündəlik xəbər alır- Sən də abunə ol

Astara keçid məntəqəsinin önündə İrana getmək istəyənlərin hər gün böyük növbəsi müşahidə olunur. Əslində, buna növbə də demək olmaz. Hər kəs bacardığı kimi hərəkət edir. Hərə çalışır ki, birinci dəmir qapıdan keçib gömrüyün ərazisinə daxil olsun. Oradan İrana keçmək asandır.

Buna da bax: «Gömrükdə monopoliya ləğv olundu»

Keçidin önündə rast gəldiyimiz Astara şəhər sakini Fəridə İbayeva sarğılı əlini göstərərək deyir ki, İrana getmək istəyərkən zədələnib:

Fəridə İbayevin deyir ki, İrana bazarlığa gedirlər. Onun deməsinə görə siqaretdə qiymət fərqi böyükdür:«Bundan əvvəl, iyulun 16-da İrana gedirdim. Səhər saat 7-dən növbə tutmuşduq. Arxada olanlar saat 9-da, sərhəd açılanda bizi adlayıb, üstümüzdən keçdilər. Mən və iki qadın zədələndik. Xəstəxanaya gedib əlimi tikdirim. Dərman da qəbul edirəm, özümü pis hiss edirəm. İranın qapısını açsınlar ki, biz sərbəst hərəkət edə bilək. Bundansa sərhədi bağlasalar yaxşıdır. Biyabırçılıqdır. Gömrük işçiləri ayrı seçkilik edirlər. Öz adamlarına şərait yaradırlar. Qalanları ayaq altda qalır»

«Bu nə yaşayışdır?»

«İki övladım var, biri ali təhsillidir. Heç birisi işləmir, iş yoxdur. Məcbur olub İrana gedirəm. Bu nə yaşayışdır?»

Buna da bax: Fəhlələrə deyirlər, pul yoxdu, «oyunlara xərclənib»

Vaxtaşırı İrana gedən kiçik sahibkar Fayıq Cəfərovun deməsinə görə, Astara sərhəd keçid məntəqəsində 20 ildən yuxarıdır ki, vəziyyət dəyişməz qalır. O qeyd edir ki, son zamanlar İrana gedənlərin sayının artması ölkədə kasıbların vəziyyətinin daha da pisləşməsindən xəbər verir:

Azərbaycan - İran sərhədindəki növbə, avqust, 2016
Azərbaycan - İran sərhədindəki növbə, avqust, 2016

«İrana gedən 1-2 manata görə, bu cəhənnəm əzabına dözür»

«Dollar bahalaşır. Bununla yanaşı zəruri ərzaq məhsulların qiyməti də hər gün 5-6 qəpik qalxır. Bu da ailə büdcəsinə zərbə vurur. İndi söhbət manatdan gedir. İrana gedən 1-2 manata görə, bu cəhənnəm əzabına dözür. Bu azmış kimi keçiddə süni sürətdə problemlər yardırlar. Nəticədə keçid məntəqəsinin önündə yüzlərlə adam növbə gözləməli olur. İran gömrüyündə maniyə yoxdur. Bizdə var. İranda bizə deyirlər ki, sizin ölkənin nefti, qazı, işığı var. Nə üçün bu gündəsiniz? Halbuki, onların özlərinin vəziyyəti yaxşı deyil. Azərbaycanın şimalında yaşayanlar Rusiyaya, qərbdə yaşayanlar Gürcüstana, cənubda yaşayanlar isə İrana bazarlığa, alverə gedirlər. 70-ci illərdə də belə idi. Azərbaycanlılar ət, yağ üçün Ermənistana, Gürcüstana gedirdilər».

Buna da bax: Sovet-İran sərhədi dağıdılarkən: Tarixi videolar [video]

Fayıq Cəvərov deyir ki, gömrükdə haqsızlıq monopoliya ilə bağlıdır Onun fikrincə müəyyən adamlar bu yolla özlərinə sərvət toplayırlar. Sadə insanlar isə incidilir.

«Deyir ölümdən qayıtmışam»

Astara şəhər sakini, ahıl yaşında olan Höcət Yusubov da deyir ki, sərhəddə gecə saat 3-də növbə tutanlar var. Qapılar isə səhər saat 9-da açılır.

«Qapını açan kimi 200-300 adamı birinci buraxırlar və qapını bağlayırlar. Orda nəzarətçilər adamlardan pul tələb edirlər. Bilinmir ki, nə üçün. Bacım qızı bu yaxınlarda İrana getmişdi. Deyir ölümdən qayıtmışam. Bir də ora getmərəm»

Buna da bax: İrana əzablı yollarla...

İrana müalicəyə gedənlər azalıb...

Keçid qapısının önündə duran yük daşıyanların dediklərinə görə Azərbaycana gələn İranlıların da sayı artıb. Buna görə də evlərinə 3-4 manat pul apara bilirlər. Taksi sürücüləri də belə deyir. İranlıların əsasən Bakıya getməyə üstünlük verdikləri qeyd edilir.

Buna da bax: Gömrükdə monopoliyanın götürülməsi İrana axını artırıb

İrana getmək istəyən azərbaycanlıların arasında xəstələr də var. Nəzarətçinin deməsinə görə, Azərbaycandan İrana müalicəyə getmək istəyənlərin say isə azalıb. Onlar bunu kasıbçılıqla izah edirlər. İrana getmək istəyənlər arasında qadınlar çoxluq təşkil edir.

Buna da bax: İran sərhədində bayram təlaşı [VİDEO]

İnsanların şikayətlərində qaldırılan məsələlərlə bağlı mövqe öyrənmək məqsədi ilə Azərbaycan Dövlət Gömrük Komitəsinə sorğu göndərdik. Ancaq, hələlik, bu sorğuya cavab almamışıq. Bundan bir müddət öncə, komitə rəhbərliyi vətəndaşlarla görüşərkən şikayətlərin araşdırılacağı vədini vermişdi. Üstəlik, komitə rəsmiləri vətəndaşlardan qanunsuz ödənişlər alınması, monopoliya yaradılması haqda iddiaları əsassız sayırlar.

Buna da bax:

Gürcüstan sərhəddində avtomobil tıxacı
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

XS
SM
MD
LG