Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

İranda koronavirusa görə məhbusları evlərinə buraxıblar


İranın ali rəhbəri ayətüllah Ali Khamenei iranlıları koronavirusla mübarizədə dövlətə dəstək verməyə çağırıb.

İranda indiyədək bu virusa yoluxmadan ölənlərin sayı 77 nəfərə çatıb. Bu, Çindən kənarda ən böyük ölüm göstəricisidir.

Ali Khamenei deyib:

"Bu virusun qarşısının alınmasına məsul olan hakimiyyət orqanlarının tövsiyələrinə əməl edin: əllərinizi, üzünüzü və yaşadığınız yeri təmiz saxlayın. Başqalarını yoluxdurmayın”.

Martın 3-də yayılan bəyanatda deyilir ki, ali rəhbər virusun yayılmasına qarşı mübarizədə Səhiyyə Nazirliyinə dəstək üçün ölkənin silahlı qüvvələrini həyəcan vəziyyətinə gətirib.

Səhiyyə nazirinin müavini Alireza Raisi deyib ki, indiyədək İranda koronavirusa 2336 yoluxma halı qeydə alınıb.

O bildirib ki, bunlardan 835 yeni yoluxmalardır və daha 11 nəfər dünyasını dəyişib.

Azərbaycan İrandan öz vətəndaşlarını çıxara biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Hakimiyyətdə yoluxmalar

İranda yoluxmalar ölkənin ali rəhbər eşelonunu da bürüyüb.

Konstitusiyaya Nəzarət Şurasının üzvü Mohammad Mirmohammadi Tehran xəstəxanasında vəfat edib.

Bundan əvvəl İranın Vatikandakı keçmiş səfiri Hadi Khosroshahi də virusa yoluxmadan vəfat etmişdi.

Koronavirusun yayılma xəritəsi və statistikası
Koronavirusun yayılma xəritəsi və statistikası

İranın vitse-prezidenti Masumeh Ebtekar və koronavirusla mübarizəyə birbaşa rəhbərlik etməli olan səhiyyə nazirinin müavini Iraj Harirchi koronavirusdan xəstələniblər.

Ümumilikdə İran parlamentinin 23 üzvü koronavirusa yoluxub.

İran təcili tibbi xidmətinin rəhbəri Pirhossein Kolivand də xəstələnib.

54 min məhbus azad edilib

İranda yeni infeksiyanın qarşısının alınması tədbirlərindən biri kimi on minlərlə məhbus həbsxanadan “müvəqqəti” azad edilib.

Bütünlükdə həbsxanadan 54 min məbus buraxılıb.

Dünya üzrə koronavirusa yoluxanların sayı 90 mini keçib.

COVID19 adlı virus az qala 3 min nəfərin həyatına son qoyub.

Martın 2-də Dünya Səhiyyə Təşkilatının (DST) 6 nümayəndəsiTehrana7.5 ton qoruyucu geyimlər, maskalar və respiratorlar gətirib.

Almaniya, Fransa və Britaniya da Tehrana tibbi ləvazimat dəstəyi verəcəklərini bildiriblər.

XS
SM
MD
LG