Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:29

İsrail quru əməliyyatlarını gücləndirir: BMT-dən təcili humanitar çağırış


İsrail ordusunun rəsmiləri döyüş təyyarələrinin Qəzza zolağının şimal hissəsində Həmas-a məxsus tunelləri və yeraltı bunkerləri bombaladığını bildirir.

İsrail Müdafiə Qüvvələri bildirib ki, döyüş təyyarələri onlarla yeraltı hədəfi vurub və əsas kommunikasiya infrastrukturunu sıradan çıxarıb.

AP yazır ki, İsrailin hava zərbələri nəticəsində Qəzzada informasiya axının demək olar tamamilə kəsilib və təxminən 2.3 milyon sakinin internet əlaqəsininin kəsilməsi ilə nəticələnib.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin bəyanatında bildirilir ki, qurum Qəzzadakı əməliyatları və yerdə xidmət göstərən bütün komandaları ilə əlaqəni tam itirib.

BMT təcili humanitar atəşkəsə çağırır

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası cümə günü səs çoxluğu ilə İsraillə Həmas militantları arasında təcili humanitar atəşkəsə çağırışı edib.

Ərəb ölkələri tərəfindən hazırlanana qətnamə 120 səs çoxluğu ilə qəbul olunub. 45 ölkə bitərəf qalıb, İsrail və ABŞ daxil olmaqla 14 ölkə isə əleyhinə səs verib. İsrail BMT qətnaməsini “rəzalət” adlandırıb.

İsrail ordusu 150-dən çox yeraltı hədəfi vurduğunu deyir

İsrail ordusunun rəsmiləri şənbə günü verdikləri açıqlamalarda Qəzza bölgəsində HƏMAS-ın 150-yə yaxın yeraltı infrastrukturunu, tunnelərini vurduğunu bildirir.

Ölkənin müdafiə naziri Yoav Qallant mətbuata verdiyi açıqlamada "Biz müharibənin növbəti mərhələsinə keçmişik" deyir.

Ölü sayı on minə yaxınlaşır

Son məlumatlara görə HƏMAS və İslami cihad qruplaşmalarının İsrailə basqını nəticəsində 1400 nəfər həlak olub. HƏMAS tərəfindən idarə olunan Qəzza rəsmiləri də oktyabrın 7-dən 7300 nəfərin həlak olduğunu açıqlayıb.

İsrail bildirir ki, HƏMAS oktyabrın 7-dən bəri 200-dən çox girovu saxlamaqda davam edir.

XS
SM
MD
LG