Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

“Evli olduğumuzu deyəndə bizdən sübut istədilər”


Kabildə restoran, 2019-cu il
Kabildə restoran, 2019-cu il

Taliban mayda Əfqanıstanın qərbində yerləşən Herat şəhərində kişi və qadınların birlikdə yemək yeməsini yasaqlayıb

Məryəm Hotək Kabildə restoranlarda yeməyi sevir. Kabil dadlı kabab, yağlı plov və “manto” kimi tanınan mantı restoranları ilə doludur. 5 milyon əhalisi olan şəhərdə həm fastfud şəbəkələri, həm də xarici və əfqan mətbəxini təmsil edən bahalı restoranlar var.

Təəssüf ki, bu yerlərin çoxu hazırda əksər əfqanlar üçün çox bahalıdır. Talibanın hakimiyyəti ələ keçirməsindən sonra başlayan humanitar və iqtisadi böhran get-gedə dərinləşməkdədir.

Mətbuat Şurasının 8-ci qurultayında olanlar
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

“Yemək yediyiniz yerdə gəlib sizi sorğu-sual edirlər”

Ancaq Hotəkin əri ilə birlikdə daha restoranlara getməməsinin başqa səbəbi var. O deyir ki, Taliban fanatiklərinin davamlı müdaxiləsi onları restoranlardan qaçaq salıb.

"Taliban silahlıları yemək yediyiniz yerdə gəlib sizi sorğu-sual edirlər. Ərimdən mənim kim olduğumu və məni niyə bura gətirdiyini soruşublar. Onlara evli olduğumuzu deyəndə bizdən sübut istədilər”, – Hotək deyir. O bu xoşagəlməz insidentdən sonra evdən kənarda yeməyə getmədiyini deyir.

"Biz tək deyilik. Bu səbəbdən müştərilərin çoxu daha restoranlara getmir. Buna görə restoranlar bomboş görünür”, – Hotək “Radio Azadi”yə deyib.

“Yaxınlaşıb onların bir-biri ilə əlaqəsini soruşurlar”

Kabildə bahalı restoranlardan birinin meneceri olan İdris (ad şərtidir) deyir ki, onun məkanı Talibanın bu müdaxilələrinə görə qısa müddətdə müştərilərini itirib.

"Onlar cütlüklərin birlikdə oturduğunu görəndə yaxınlaşıb onların bir-biri ilə əlaqəsini soruşurlar”, – o deyir. İdris müştərilərinin Talibandan çəkindikləri üçün restoranlardan uzaq durduğuna əmindir.

"İnsanlar ailələri ilə gələrdilər. Kişilər nişanlılarını gətirərdilər. Ancaq indi Taliban gəlib onlardan niyə bir yerdə oturduqlarını soruşur. Buna görə də insanlar restoranlardan uzaq durur. Bu isə işimizi məhv edib", – o deyir.

Gender seqreqasiyası 2021-ci ilin avqustunda hakimiyyəti zəbt edən Talibanın siyasətinin əsas sütunudur. İfrat mühafizəkar islamçı qrup yeniyetmə qızların orta məktəbə getməsini qadağan edib, universitetlərdə isə qızlarla oğlanların otura biləcəyi sinif otaqlarını ayırıb. Taliban qadınları işləməkdən və ictimai həyatda hər hansı üzdə olan rol oynamaqdan çəkindirməyə çalışır. Taliban rəsmiləri qadın fəal və jurnalistlərə hücum edib, onları saxlayıb. Qadınlara aid iş yerləri bağlanıb və ya iqtisadi baxımdan məhv edilib.

Kirayə evlər 16 faizədək bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Talibanın qadağası və təkzibi

Taliban mayda Əfqanıstanın qərbində yerləşən Herat şəhərində kişi və qadınların birlikdə yemək yeməsini yasaqlayıb.

Heratda restoranlar cütlüklərin “hətta ər-arvad olduqları halda belə” birlikdə yemək yeyə bilməyəcəyi haqda şifahi xəbərdarlıq ediliblər. Bunu Heratda Mənəviyyatın təbliği və şərin qarşısının alınması nazirliyində oturan Taliban rəsmisi Riazullah Sirat “AFP”yə deyib.

Kabildə eyni nazirliyin sözçüsü Mohammad Sadiq Akif Mohacir Taliban üzvlərinin restoranların içərisində cütlükləri sorğu-sual etməsi haqda deyilənləri rədd edib.

"Prinsiplərimizdə restoranların içində insanların sorğulanmasını nəzərdə tutan heç bir şey yoxdur. Belə iddialar təbliğatdan başqa bir şey deyil”, – o deyib.

Öz sıralarında nəzarət və intizama ciddi yanaşan Taliban, hələlik, tərəfdarlarından heç kimi yemək yeyən insanlara müdaxilə etdiyinə görə həbs etməyib.

Biznes ölür

Əfqanların çoxu evdə yeməyə üstünlük versə də, son 20 ildə ölkədə restoran biznesi xeyli inkişaf edib. Xüsusən də Kabil və digər şəhərlərdə qida biznesi sürətlə böyüyüb. Trend olan yemək yerlərinə getmək cütlüklər və ailələr arasında çox populyardır.

Kabildə Mohammad Xan adlı restoran sahibi biznesinin yavaş-yavaş ölməkdə olduğunu deyir. Onun sözlərinə görə, restoran Taliban qadağaları və artan ərzaq qiymətləri fonunda müştərilərini itirir. Xan həftənin əksər günləri restoranına çox az müştərinin gəldiyini deyir.

"Səhərdən axşama kimi burada boş otururuq. Ticarət demək olar sıfıra enib", – o deyir.

XS
SM
MD
LG