Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

Keçmiş məhbuslar gənclərə işgəncənin araşdırılmasını tələb edirlər


Bayram Məmmədov və Qiyasəddin İbrahim
Bayram Məmmədov və Qiyasəddin İbrahim

"HEÇ BİR HAL İŞGƏNCƏYƏ BƏRAƏT QAZANDIRA BİLMƏZ"

Bir qrup keçmiş siyasi məhbus gənc fəallar Bayram Məmmədov və Qiyasəddin İbrahimə işgəncə verilməsi haqda iddiaların araşdırılması tələbi ilə dövlət orqanlarına müraciət edib.

Müraciətdə mayın 11-də həbs edilən Bayram MəmmədovQiyasəddin İbrahimin vəkilləri Elçin Sadıqova istinadla bildirilir ki, gənc fəallarıa polis məntəqələrində saxlandıqları zaman işgəncə verilib, onlar qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalıblar.

"Gənclərin yaydığı məlumatda çox dəhşətli faktlardan söhbət açılır. Media nümayəndələrinin olayla bağlı hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli qurumlara ünvanladığı suallara verilən cavablar da dövlətin bu faktları araşdırmaq fikrinin olmadığını göstərir. Belə ki, jurnalistlərin Daxili İşlər Nazirliyinin (DİN) və Respublika Prokurorluğunun mətbuat xidmətindən işgəncə iddialarının araşdırılması barədə məlumat almaq cəhdi uğursuzluqla nəticələnib. Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra Bayram Məmmədov və Qiyas İbrahimov Təcridxananın əməkdaşlarına işgəncə izlərini göstərdikdən sonra onlara bildirilib ki, həkim çağırıb müayinə edəcəklər. Lakin bu günə qədər gənclər həkim müayinəsindən keçirilməyiblər. Xətai Rayon Məhkəməsi işgəncə hallarının olub-olmamasının araşdırılması barədə qərar verib. Ancaq qərardan 6 gün keçməsinə baxmayaraq prokurorluqda işgəncə halını araşdırmalı olan məsul şəxs vəkillə və gənclərlə görüşməyib. Bütün bu faktlar dövlət orqanlarının hadisəni ört-basdır etmək niyyətinin olmasını düşünməyə əsas verir. "

____________________________________________________________

Bunlara da bax:
“Barmağımı kəsib yoldaşıma göndərdilər"- Bakıda çinli adam oğruları
Meteoriti tapana 20 min dollar mükafat vədi

____________________________________________________________

Müraciət müəllifləri bildirirlər ki, heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyaqətini alçaldan rəftara məruz qalmalarına əsas ola bilməz:

"Biz Bayram Məmmədova və Qiyas İbrahimova işgəncə faktlarını araşdırmaq vəzifəsi olan hüquq-mühafizə orqanlarının, məhkəmələrin və digər dövlət qurumlarının, o cümlədən ombudsman aparatının bu barədə onlara daxil olan məlumatlara, şikayətlərə belə biganə reaksiyasından acı təəssüf və narahatlıq hissi keçirdiyimizi bildiririk."

Müraciət müəllifləri tələb edirlər ki, məsələ ciddi araşdırılmalı, Baş Prokuroruq tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsi (işgəncə) ilə cinayət işi qaldırılmalıdır; Bundan başqa, onların fikrincə, gənclərə qarşı işgəncədə adları hallandırılan polis qurumlarının vəzifəli şəxsləri faktla bağlı araşdırma aparıldığı dövrdə vəzifələrindən kənarlaşdırılmalıdırlar. Müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinə, hüquq müdafiə təşkilatlarına və bu sahədə monitorinq aparan beynəlxalq təşkilatların nümayəndələrinə baş verən hadisə ilə bağlı ictimai tədqiqat apara bilmələri üçün onların gənclərlə görüşünə şərait yaradılmalıdır.

Müraciəti ​İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Tofiq Yaqublu, Rəşadət Axundov, Yadigar Sadiqov, Bəşir Süleymanlı, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Məmməd Əzizov, Ömər Məmmədov imzalayıblar.

İş günü bitdiyindən müraciətə dövlət orqanlarının münasibətini öyrənmək mümkün olmayıb.

Buna da bax: Qiyasəddin İbrahimin anası: "Dedim ki, narkotiki səhvən mənim yatağıma qoydun"

XS
SM
MD
LG