Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:22

Kənd təsərrüfatı üçün idxal rüsumları donduruldu


Traktorlar
Traktorlar

Hökumət «İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarına yenidən baxıb. Bu dəfə bir çox kənd təsərrüfatı malları, texnikası və avadanlığı gömrük rüsumlarından azad edilib. Məqsədin qeyri-neft sektorunda istehsalın təşviqi olduğu bildirilir.

Nazirlər Kabinetinin 24 avqust tarixli qərarı ilə cins mal-qara, qoyun və keçilər, cücələrin Azərbaycana gətirilməsi gömrük rüsumundan azad edilib. Rüsumsuz gətiriləcək mallar arasında soya, şəkər çuğunduru, günəbaxan və yonca toxumu da var. Gübrələr, pestisid və herbisidləri rüsumsuz gətirmək mümkün olacaq. Bir çox kənd təsərrüfatı maşınları, ərzaq məhsulları istehsal edən müəssisələr üçün bəzi avadanlıqlar da idxal rüsumları ödəmədən gətiriləcək.

QƏRAR 3 İL KEÇƏRLİ OLACAQ

Hökumətin qərarı sentyabrın 25-də qüvvəyə minir və 3 il müddətində keçərli olacaq.

2014-cü ildən - neft gəlirləri azalandan bəri hökumət üzünü kənd təsərrüfatına çevirib. Texniki bitkilərin (tütün, pambıq, şəkər çuğunduru) əkin sahələrinin genişləndirilməsi, baramaçılığın və meyvəçiliyin inkişaf etdirilməsi üçün qərarlar qəbul edilib, kənd təsərrüfatının subsidiyalaşdırılmasında ünvanlılıq mexanizmi tətbiq olunub.

Son bir ildə kənd təsərrüfatı məhsullarının ixracında bəlli irəliləyiş gözə çarpır. Bununla belə, müstəqil ekspertlərin fikrincə, aqrar sektorda intensiv istehsalın artımı azalan neft gəlirlərinin yerini doldurmayacaq. Onlar elm tutumlu sahələrin inkişafının zəruri olduğunu vurğulayırlar.

XS
SM
MD
LG