Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

İranda jurnalistin hələ də həbsxanada olduğu bildirilir


Keyvan Səmimi
Keyvan Səmimi

İranda jurnalist Keyvan Səmiminin ötən həftəsonu Semnan həbsxanasından buraxılması haqda məlumatla yayılsa da, onun hələ də həbsxanada olduğu deyilir. “AFP” yanvarın 2-də jurnalistin ailəsinin Səmiminin azad olunması xəbərini təkzib etdiyini yazıb.

+++

Ötən il həbs olunmuş iranlı jurnalist Keyvan Səmimi azadlığa buraxılıb. O, 2019-cu ilin mayında etiraz aksiyasında iştirakına görə saxlanmışdı.

İslahatçı “Şərq” qəzetinin yanvarın 1-də yazdığına görə, Səmimi Tehrandan 200 km şərqdə yerləşən Semnan həbsxanasından buraxılıb. Dini Millətçilər Şurasının üzvü olan 73-yaşlı jurnalistin nə azad edildiyi açıqlanmayıb.

İttihamlar

Səmimi ötən il iki il həbsə məhkum edilərək Tehrandakı Evin həbsxanasına salınıb. O, 2019-cu ildə May günü parlamentin qarşısında etiraz aksiyasında iştirakıyla əlaqədar “dövlətə qarşı toplaşma və əlbirlik”də təqsirli bilinib.

O, səhhətiylə bağlı fevralda müvəqqəti buraxılsa da, üç ay sonra milli təhlükəsizliyə zərər vurma ittihamıyla Semnana göndərilib.

Həbsxanaya göndəriləndən sonra Səmimiyə qarşı avqustda konspirasiya və əlbirlik ittihamları irəli sürülüb. O, ilin əvvəlində həbs olunmuş yazıçı Bektaş Abtinin ölümünü “sui-qəsd” adlandırıb.

Etirazlara dəstək mesajı

Dekabrda isə onun həbsxanadan ölkədə davam edən etirazlara dəstək mesajı göndərdiyi bildirilir. İranda sentyabrın ortasından etirazlar gedir. 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanandan sonra vəfat edib, bu da ölkə boyunca etiraz aksiyalarına səbəb olub.

İnsan haqları qrupları hakimiyyətin etirazlara zorakılıqla divan tutması nəticəsində 62-si uşaq olmaqla 500-dək insanın öldürüldüyünü bildirirlər.

Səmiminin İslam Respublikasında həbs edilən ən yaşlı jurnalist olduğu güman edilir. O, “Namə” dərgisinin baş redaktoru, “İran Fərda” dərgsinin redaktorudur.

O, mayda yenidən həbs olunanda 200 mülki və siyasi fəal bəyanat imzalayaraq qeyd ediblər ki, Səmiminin həbsxanada üzləşəcəyi “etinasızlıq və fəlakət” üçün İranın ədliyyə, təhlükəsizlik və siyasi hakimiyyəti məsuliyyət daşıyacaq.

XS
SM
MD
LG