Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Kissincer: ‘Mən deməmişəm ki, Ukrayna ərazi versin...’


Henri Kissincer
Henri Kissincer

ABŞ-ın keçmiş dövlət katibi Qərbi və Kiyevi Moskva ilə mümkün gələcək danışıqlarda ona Rusiyanın genişmiqyaslı müharibədən sonra tutduğu əraziləri güzəştə getməməyə çağırıb

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Qərbi və Kiyevi Moskva ilə mümkün gələcək danışıqlarda ona Rusiyanın genişmiqyaslı müharibədən sonra tutduğu əraziləri güzəştə getməməyə çağırıb.

O bunu Almaniyanın ZDF telekanalına müsahibəsində deyib:

"Hazırkı vəziyyətdə demokratiya liderləri nə barədə razılığa gələ biləcəklərini və nədən heç bir şəraitdə imtina etməyəcəklərini qəti başa düşməlidirlər”.

Onun sözlərinə görə, danışqılar yalnız təcavüz qurbanlarının – Ukrayna rəhbərliyinin və xalqının “tam əməkdaşlığı” şərtilə mümkün ola bilər.

Kissincer belə yanaşmanı “vəziyyəti idarə etməyin yeganə ağlabatan yolu” adlandırıb:

"Ukrayna torpaqlarının güzəştə gedilməsi bizim qəbul edəcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya müharibənin əvvəlindən bəri zəbt etdiyi bütün torpaqları qaytarmalı olacaq”.

Kissincerin qalmqal yaradan çıxışı

Bundan əvvəl Henri Kissincerin Ukrayna torpaqlarının Rusiyaya güzəştə gedilməsinə dair may ayında Davosda etdiyi çıxış mübahisələrə səbəb olmuşdu.

O həmin çıxışında demişdi ki, Ukrayna və Rusiya arasında danışıqların ayırıcı xətti “əvvəlki status quo-ya” qayıdış olmalıdır.

Bir çox jurnalist və siyasətçilər bunu Kiyevə sülh naminə bəzi ərazilərini güzəştə getmək çağırışı kimi şərh etmişdilər.

Ukrayna prezidenti Volodimir Zelenski bu çıxışı bəzi Avropa ölkələrinin II Dünya Müharibəsindən əvvəl Hitlerə ərazi güzəştləri edilməsi barədə çağırışı ilə müqayisə etmişdi.

Zelenski demişdi:

"Bir də görürsünüz dərin keçmişdən cənab Kissincer üzüb çıxır və deyir ki, guya Ukraynanın bir parçasını Rusiyaya vermək lazımdır. Guya Rusiya Avropaya yadlaşmasın deyə. Belə bir təəssürat yaranır ki, cənab Kissincerin təqvimində indi 2022-ci il yox, 1938-ci ildir”.

Bəs Kissincer indi nə deyir?

Bundan sonra iyulun əvvəllərində Kissincer Time jurnalına müsahibəsində həmin çıxışına aydınlıq gətirmək məqsədilə demişdi ki, o Ukraynanın öz torpaqlaırnı verməli olduğunu deməyib:

"Əgər o çıxışı oxusanız, əmin olarsınız, mən heç vaxt belə söz deməmişəm. Mən demişəm ki, atəşin dayanadırılması üçün ən yaxşı ayırıcı xətt status quo-dur. Yəni danışıqları Ukraynanın müharibədən əvvəl Rusiyanınkı sayılan ərazisindən başlamaq lazım deyil”.

https://www.dw.com/ru/kissindzher-predostereg-ot-ustupok-ukrainskih-territorij-rossii/a-62580731

Kissincer daha sonra deyib:

"Hazırda Rusiya əvvəllər olduğu kimi Ukraynanın müharibəyə qədər olan ərazisinin 15 faizinin işğalını davam etdirir. Bunlar atəşkəs bərqərar olanadək Ukraynaya qaytarılmalıdır. Mübahisəli ərazi Donbasın bir küncündəki 4.5 faizlik ərazi və Krımdır. Mən sadəcə olaraq nəzərdə tuturdum ki, bu ərazinin istənilən danışıqlarda ayrıca statusu olmalıdır. Mən sözsüz Ukraynanın azadlığına və onun Avropada əhəmiyyətli roluna tərəfdaram.”

XS
SM
MD
LG