Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

Köçkünlərə ev verilir, ya satılır?


İllüstrasiya
İllüstrasiya

►“Evlər tikilir, paylanan paylanır, satılan satılır. Yenə kənarda qalan biz oluruq. Bağça küncündə iki qız uşağı böyüdürəm”.

Qazaxda məskunlaşan məcburi köçkün Gülşad Məmmədova eşidəndə ki, Qazaxbəyli kəndində köçkün şəhərciyi tikiləcək, sevinib.

Təkbaşına böyütdüyü iki qız övladıyla isti, şəraitli mənzilə köçəcəyi günü səbirsizliklə gözləyib.

*Son 2 gündə Youtube Kanalımıza 12 aktual video yükləmişik - Sən də abunə ol, ölədə baş verənlərdən xəbərin olsun

Nəhayət, o gün yetişib – Qazaxbəylidə dördmərtəbəli binalardan ibarət şəhərcik istifadəyə verilib. Ancaq Gülşad Məmmədovanın arzuları çin olmayıb – bu şəhərcikdəki mənzillərdən ona pay düşməyib:

“EV ALANLARLARIN KƏNARDA EVLƏRİ VAR”

“24 ildir əzab-əziyyət içində yaşayıram. Dağılmış bağça küncündə uşaqlarımın əl-ayağı donub, ciyərləri sıradan çıxıb. Şəhərcikdən ev verilən adamların çoxunun kənarda ev-eşikləri, hər cür şəraitləri, dolanışıqları var. Dövlət pul ayırır ki, mənim kimi bağça küncündə əl-ayağı donan köçkünün evi olsun, məmurlarsa köçkün evləri üzərindən alver qurublar”.

Məcburi köçkün Sabir Ağamoğlanov eşidəndə ki, Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün şəhərcik salınır, sevinib. Ancaq bir də xəbər tutub ki, şəhərcikdə mənzil qalmayıb:

“İcra hakimiyyətinə müraciət etdim, cavab aldım ki, evlər paylanıb, binalarda ev qalmayıb. Bir az araşdırdım, baxdım ki, başqa yerdə evi olana da ordan ev verilib. Qazaxda bir qohumun hinini düzəldib içərisində qalıram. Dəfələrlə “Qaçqınkom”a da yazmışam, ancaq gəlib qaldığım yerlə maraqlanan olmayıb”.

YÜZLƏRLƏ AİLƏ VƏ 340 MƏNZİL

Qazax rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sifarişi ilə Qazaxbəylidə dördmərtəbəli, cəmi 304 mənzilli olan 10 bina tikilib. İnzibati binalarda və şəraitsiz yerlərdə məskunlaşan köçkün ailələri həmin evlərə köçürülüb:

“Qazaxda hələ normal şəraiti olmayan yerlərdə və inzibati binalarda məskunlaşan xeyli köçkün ailələri var. Təbii ki, yüzlərlə ailəni 340 mənzilə yerləşdirmək mümkün deyil. Yəqin ki, həmin köçkün ailələr də “Qaçqınkom”un siyahısındadır. Növbəti şəhərcik salınanda “Qaçqınkom” yəqin ki, bu ailələri də diqqətdə saxlayacaq”.

____________________________________________________________

Bunlara da bax:
«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»
Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir

____________________________________________________________

“MƏNZİL DURUMU ARAŞDIRILIR”

Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən köçkünlər üçün tikilən mənzillərin pulla satılması ilə bağlı deyilənlər təkzib olunub:

“Köçkünün mənzil durumu araşdırılır, bundan sonra şəhərciyə köçürülməsi təmin olunur. Evi olan köçkünə şəhərcikdən ev verilməsi və mənzillərin verilməsində rüşvətlə bağlı deyilənlər həqiqətə uyğun deyil”.

Qazaxbəyli kəndində sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınmış şəhərcikdə 220 şagirdlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar inşa olunub. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz edilib, 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb. Binanın tikintisinə ötən ilin aprelində başlanılıb, dekabrında başa çatdırılıb.

Rayonda eyni şəraitli mənzillərdə yaşamağı arzulayan onlarla köçkün ailəsi hələ də gözləməkdədir.

Həmçinin baxın - Youtube Kanalımızda yeni videolara baxmağı unutmayın:

XS
SM
MD
LG