Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:07

Deputat: 'Korrupsiya pandemiyadan da böyük bəladır'


Biləsuvar icra hakimiyyətində DTX-ın apardığı əməliyyatından görüntü
Biləsuvar icra hakimiyyətində DTX-ın apardığı əməliyyatından görüntü

Son aylar Azərbaycanda bir neçə icra başçısı və Mədəniyyət nazirinin müavini həbs edildi. Bu həftə isə Dövlət Sərhəd Xidmətirəisinin müavini general-leytenant Əfqan Nağıyev də həbs edilənlər sırasına daxil edildi. Onlar əsasən rüşvət və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər. Lakin bu ittihamlara onların cavabları ictimaiyyətə, hələlik, bəlli deyil.

İndi bəzi ekspertlər bu həbslərdə neftin qiymətinin ucuzlaşması və ölkənin gəlirlərinin azalması konteksindən yanaşırlar.

Belə yanaşmada həqiqət payı nə qədərdir? Bu tip həbslər bundan sonra da davam edə bilərmi və onların mahiyyətində hansı səbəblər durur? Deputat Elman Məmmədov deyib ki, həbslərin neftin qiymətinin artması və enməsi, yaxud koronavirus pandamiyası ilə əlaqəsinin olmadığını düşünür. Bununla belə O, ictimaiyyətdə “həbslər niyə baş verir” sualının aktuallaşmasını təbii hesab edir.

Elman Məmmədovun fikrincə, başlanan prosesin səbəblərini bilmək üçün əvvəlcə həbs olunanlar kimdir və nə üçün həbs edilirlər sualına cavab verilməlidir.
Deputata görə, cavab məlumdur, həmin adamlar qanunları pozmaqda, vəzifə səlahiyyətlərindən istifadə edib rüşvətə qurşanmaqda ittiham edilirlər:

“...qanuna əməl etsin, rüşvət almasın və həbs olunmasın ”

Elman Məmmədov
Elman Məmmədov

“ Ona görə də nə qədər ki, cəmiyyətdə belə hallar var, həbslər də olmalıdır”

Elman Məmmədov deyib ki, insan cəmiyyəti yaranandan rüşvət olub, sadəcə, birində az, birində çox:

“Məsələ ondadır ki, cənab Prezident bütün tədbirlərdə elan edir ki, biz yaramaz, iyrənc hallara qarşı mübarizə aparırıq və aparacağıq. Hesab edirəm ki, prezidentin bu bəyanatını eşidən hər bir məmur deyilənlərdən nəticə çıxartmalıdır. Vəzifə sahibləri qanuna əməl etsin, rüşvət almasın və həbs olunmasın. Əks təqdirdə, qanunu pozanlara qarşı həbslər də olacaq, heç bir vəzifə sahibi toxunulmaz olduğuna da arxayın olmasın. Çünki Prezident hər bir görüşündə bu cür neqativ hallara son qoyulmasını tələb edir. Bu baxımdan rüşvət və korrupsiya yoluna düşənlərin hamısının aqibəti eyni olacaq, cəzalanacaqlar”.

“O qədər acgözlər, ...”

Azərbaycan manatı
Azərbaycan manatı

Elman Məmmədov başlanan prosesin neft və pandemiya ilə bağlılığı barədə proqnoz verməyin çətin olduğunu düşünür:

Mən xalqın aparılan siyasəti alqışlandığını görürəm. Çünki cəmiyyət harınlanmışların rüşvət aldığını, kasıbın malına göz dikdiyini görür, ona görə həbsləri razılıqla qarşılayırlar.


“Bilirsiniz, korrupsiya pandemiyadan da böyük bəladır, o qədər acgözlər, xalqın malına göz dikənlər, yırtıcılar, Allahdan qorxmayanlar var ki... Qanundan qorxmurlarsa, heç olmasa, Allahdan qorxsunlar, millətin malına göz dikmə, dağıtma. Mən xalqın aparılan siyasəti alqışlandığını görürəm. Çünki cəmiyyət harınlanmışların rüşvət aldığını, kasıbın malına göz dikdiyini görür, ona görə həbsləri razılıqla qarşılayırlar. Cənab Prezident özü də bir neçə çıxışında dedi ki, qanundan qorxmursan, heç olmasa, Allahdan qorx, insafın olsun, kasıba göndərilən yardıma göz dikirsənsə, vicdanını, mənəviyyatını itirmisən. Mən düşünürəm ki, xalqımız korrupsiyaya qarşı mübarizəni müsbət qarşılayır və bu mübarizə də heç kimə güzəşt olmadan daha güclü aparılmalıdır”.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov da vəzifəli şəxslərin həbslərində neftin qiymətinin və ya pandemiya ( koronavirus pandemiyası) amilinin olduğunu güman etmir.

Akif Qurbanov Azadlıq Radiosunun suallarına cavab verərkən həsbləri iki amillə əlaqələndirir:

“Birinci, hesab çəkilir,...”

Akif Qurbanov, Strasburq, 29 yanvar 2020
Akif Qurbanov, Strasburq, 29 yanvar 2020

“Birinci, hesab çəkilir, mövcud maliyyə resursları mərkəzəşdirilir, ayrı-ayrı şəxslər bu yöndə cəzalandırılır və xüsusilə cəzalanmada köhnə komanda ilə bağlılıq görünür. Bunun alt başlığında odur ki, hakimiyyət daxilində dəyişiklik prosesi baş verir və yeni gələn öz komandasını formalaşdırmağa çalışır. Onlar gedişatın fonunda görmək istəmədikləri şəxsləri dəyişməyə çalışırlar. Böyük ehtimalla onların istəklərinin qarşısını alırlar. Bütövlükdə baş verənlər yeni gələcək şəxsin öz komandasının dəyişmə istəyindən doğur. Nəhayət, həbslə cəzalanmanın səbəbi illərlə vəzifədə olanların revanş istəklərinin qarşısını almaq məqsədi güdür”.

“Mehriban Əliyevanın hakimiyyətə gəlməsinin şərtlərini oluşdururlar”

Mehriban Əliyeva, 10 may 2019
Mehriban Əliyeva, 10 may 2019
Görünən odur ki, hər iki tezisin üzərindən Mehriban Əliyevanın hakimiyyətə gəlməsinin şərtlərini oluşdururlar”.


O, ikinci əsas tezisin daha çox təbliğatla bağlı olduğunu hesab edir: “Hakimiyyət vacib dövrlərdə islahat üzərindən təbliğat kampaniyasını davamlı təşkil edir. Təəssüf ki, daxili auditoriyada da müəyyən zaman bəzi insanları inandıra bilirlər. Hətta beynəlxalq tərəfdaşlar sırasında da bu mövzuya inanlar tapa bilirlər. Guya, islahatlar dərinləşir və bu sırada hüquqi islahatlar da keçirilir, məhkəmə-hüquq sahəsində sərəncamlar imzalanır, növbədənkənar parlament seçkiləri keçirilir və yeni deputatlar yeni şəraitə adekvat olacaqlar. İndi də icra hakimiyyətində özbaşınalıqlarını davam etdirənlər cəzalandırılır. Bununla da hakimiyyət guya hüququn aliliyi və şəffaf sistem formalaşdırmaq istəyir. Görünən odur ki, hər iki tezisin üzərindən Mehriban Əliyevanın hakimiyyətə gəlməsinin şərtlərini oluşdururlar”.

XS
SM
MD
LG