Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Lirə bir az da ucuzlaşdı


Arxiv fotosu
Arxiv fotosu

Noyabrda rəsmi data ölkədə illik inflyasiyanın 21 faiz olduğunu göstərirdi

Bu gün – dekabrın 16-da Türkiyə Mərkəzi bankı uçot dərəcəsini 1 faiz azaldaraq 14 faizə salıb.

Sentyabrdan dollara qarşı 40 faizdən çox ucuzlaşmış lirə bu gün daha 5.2 faiz dəyər itirib. Bir dollar 15.595 lirəyə yüksəlib.

Bu il mərkəzi bank uçot dərəcəsini 500 bənd azaldıb. Prezident Receb Tayyib Ərdoğan bu siyasəti dəstəkləyir. Onun fikrincə, borclanma dəyərinin azalması ixracı, sərmayəni və işlə təminatı artıracaq, sonucda milli valyuta sabitləşəcək və inflyasiya səngiyəcək.

Ərdoğan mərkəzi bank üzvlərini bir neçə dəfə dəyişib. Bu ay Maliyyə naziri Lütfi Elvan istefa verib. Bütün bunlar Türkiyə valyutası və borc bazarlarına təsirini göstərib.

Sələmçilikdə orta əsr siyasəti

Tənqidçilər prezidentin siyasətilə razılaşmır, müxalifət erkən seçki tələb edir. Bu arada Ərdoğanın və hakim AKP-nin reytinqi düşməkdədir. İnflyasiya türklərin gəlirlərini azaldır. Ölkədə çörək növbələri yaranır.

Noyabrda rəsmi data ölkədə illik inflyasiyanın 21 faiz olduğunu göstərirdi.

“Əgər 84 milyonluq əhaliyə zərbə vurmasaydı, gözəl bir iqtisadi eksperiment olardı”, – Ankara Bilkent Universitetinin iqtisadiyyat professoru Refet Gurkaynak “The Financial Times” qəzetinə deyib.

“Renaissance Capital” investisiya bankının baş iqtisadçısı Çarli Robertson isə Ərdoğanın yanaşmasını presedentsiz sayır. “Sələmçiliyə orta əsr yanaşması üzən valyuta bazarında işə yaramır”, – o deyib.

XS
SM
MD
LG