Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Əksər ekspertlərin proqnozu özünü doğrultdu


Vüqar Bayramov
Vüqar Bayramov

Manatın qısa müddətli möhkəmlənməsi Azərbaycanın valyuta bazarında dolların güclənməsi ilə əvəzlənməkdədir.

Əksər ekspertlərin proqnozu özünü doğrultdu: manatın möhkəmlənməsi bir neçə həftə davam edə bildi. Təxminən 1 aylıq möhkəmlənən manat iqtisadi səbəblərdən dollar qarşısında yenidən dəyər itirməkdədir.

Buna da bax:​ 'Dollar bahalaşmaqda davam edəcək'

İqtisadçı ekspert Vüqar Bayramov AzadlıqRadiosu-na müsahibəsində manatın gələcək taleyindən danışıb:

– Dolların yenidən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın (MB-nin) manat bazasını məhdudlaşdırması və hərraclara xarici valyuta ilə intervensiyası uzun deyil, qısa müddətli dövr üçün səmərəli alətlərdir. Digər tərəfdən, neftin dünya bazar qiyməti azalmağa başladıqdan sonra 11 milyard dollardan artıq vəsaiti artıq xərcləyən MB-nin təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları da məhdudlaşıb. Daha çox Dövlət Neft Fondunun (DNF-nin) valyuta təklifləri üzərindən prosesə müdaxilə etməyə çalışan MB-nin intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir.

Buna da bax: Daha 5 bankın dollar satışını dayandırdığı bildirilir

Neft Fondunun hərracları işə yarayacaqmı?

– DNF büdcə öhdəlikləri başa çatanadək hərraclara çıxacaq, MB isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan DNF-in isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi. Amma büdcənin icrası ilə bağlı açıqlanan son rəqəmlər göstərir ki, heç də nəzərdə tutulan məbləğin hamısı büdcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. ... Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca DNF və MB-nin nə qədər valyuta çıxarmasından asılı olsa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil.

Buna da bax:​ Ekspert: “Manata psixoloji təzyiq formalaşa bilər”

– Dollara tələb artmaqda davam edəcəkmi?

– İdxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Borc öhdəlikləri ilə yanaşı, ilin sonuna doğru idxalın həcminin artacağı və eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq. Neftin dünya bazar qiyməti isə psixoloji təsirlərə baxmayaraq, hər barrel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik, neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir. Bu baxımdan, xarici valyutaya artan tələb dolların möhkəmlənməsinin davam etməsini şərtləndirir.

XS
SM
MD
LG