Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:30

YAP-ın işləri yağ kimi gedir, başqalarınınkı isə...


Seçki məntəqəsi
Seçki məntəqəsi

►"İmzalarla bağlı ciddi ekspertiza olmalıdır. Ictimaiyyətə açıqlanmalıdır ki, imzaların həqiqiliyini hansı şəkildə yoxlayırlar."

Qeydə alınan deputatlığa namizədlərin sayı artıb. İndi 125 yer üçün 1246 nəfər mübarizə aparacaq.

Bu rəqəmi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 11-də açıqlayıb. Namizədlərin qeydiyyat mərhələsi oktyabrın 9-da başa çatıb və həmin vaxt qeydə alınanların sayı 1234 idi.

Məzahir Pənahov deyib ki, bu müddət ərzində onlar qeydiyyatla bağlı bəzi şikayətlərə baxıblar. Nəticədə qeydiyyatdan imtina ilə bağlı dairə seçki komissiyalarının bəzi qərarları ləğv edilib. Daha 12 nəfərin namizədliyi qeydə alınıb.

Bu rəqəmin artma ehtimalı var. Çünki şikayətinə baxılanlar hələ də qalır.

"İMZA ATANLARA TƏZYİQ VAR"

REAL hərəkatından namizədliyini irəli sürən Natiq Cəfərli deyir ki, namizədliyi qeydə alınmayan bir neçə nəfərin işi MSK-dadır. Hərəkatdan 23 nəfər deputatlığa namizədliyini irəli sürmüşdü:

“Hələlik 11 namizədimiz qeydə alınıb. 4 nəfərin işi ilə bağlı MSK-ya müraciət edilib, bu gün-sabah onlar barədə də qərar açıqlanacaq. Məsələn Xalid Bağırlının işi… 450 imza yetərli idi. Lakin, imza atan insanlara təzyiq edilib. Bəziləri imzalarını geri götürüb. Bununla bağlı müraciət edilib.”

İmza verənlərə təzyiq edilir
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Natiq Cəfərli deyir ki, MSK şikayətlərə yaxın günlərdə baxıb qərar verəcək.

AYRI-SEÇKİLİK?

Bu il ilk dəfə parlament seçkilərinə qatılan NİDA vətəndaş hərəkatı 8 nəfərin namizədliyini irəli sürmüşdü. Onlardan iki nəfəri- Zaur QurbanlıÜzeyir Məmmədli keçmiş vicdan məhbuslarıdır. Hərəkatın açıqlamasına görə Dairə Seçki Komissiyası Zaur Qurbanlının məhkumluğunu əsas gətirərək imza vərəqələrini verməkdən imtina edib.

MSK bəzi üzvlərin 100-dən çox imzasını etibarsız sayıb. Hərəkat üzvlərindən - 35 saylı Xətai üçüncü seçki dairəsindən İlahə Əmiraslanovanın və 18-ci dairədən Ramin Hüseynovun namizədliyi qeydə alınıb. 9-cu dairədən Ülvi Həsənlinin işi ilə bağlı MSK-ya şikayət edilib.

NİDA-nın idarə heyətinin üzvü Turqut Qəmbər bildirir ki, həmin dairədən imza verənlərə təzyiqlər edilib və imzalarından imtinaya məcbur ediliblər.

Müsavat Partiyası da imza verənlərə təzyiq olduğunu bildirir. Pariyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, 70 dən çox şəxs namizədlik üçün müraciət etmişdi. Lakin onlardan 24-nün namizədliyi qeydə alınıb:

70 namizəddən 24-ü...
Gözlə
Embed

No media source currently available

0:00 0:01:00 0:00

“Onların namizədlikləri dairə seçki komissiyalarının absurd qərarları əsasında qeydə alınmayıb. Azərbaycanda daha çox tətbiq olunan metod imza verən şəxslərin imzadan imtina haqqında ərizə verməsidir. Araşdırma zamanı məlum olub ki, həmin imtina ərizələrini də bir şəxs yazıb. Bununla bağlı MSK-ya çoxlu şikayət yollamışıq.”

Gülağa Aslanlı deyir ki, bir neçə şikayətə baxılıb və nəticədə iki nəfərin namizədliyi təsdiq edilib.

İlhamiyyə Rza
İlhamiyyə Rza

İlk dəfə seçkilərə qatılan “125-lər siyasi klubu” Ümid Partiyası ilə koalisiya şəklində seçkiyə gedilər. Klubun sədri İlhamiyyə Rza bildirir ki, koalisiyada 80-a yaxın şəxs namizədlik üçün müraciət etmişdi. Onlardan yanlız 17 nəfərin namizədliyi təsdiqlənib:

Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

“Problemlər qeydiyyat məsələsində yaşandı. Elə üzvlər vardı ki, topladığı imzalar etibarsız sayıldı. MSK-ya müraciət edəndən sonra yenidən yoxlanıldı. İmza vərəqələrinin götürülməsində bəzi ləngimələr olmuşdu. İmzalarla bağlı ciddi ekspertiza olmalıdır. Ictimaiyyətə açıqlanmalıdır ki, imzaların həqiqiliyini hansı şəkildə yoxlayırlar. Bunlar şəffaf olmalıdır.”

İlhamiyyə Rza bəzi üvlərin işinin məhkəmədə olduğunu deyir.

YAP-IN İŞİ YAĞ KİMİ GEDİR

Yeni Azərbaycan Partiyası isə namizədlərin qeydə alınmasında problem yaşamayıb. YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzadlıqRadiosuna bildirir ki, partiyadan 117 nəfər namizədliyini irəli sürmüşdü:

Gözlə

No media source currently available

0:00 0:00:14 0:00
Direct-ə keçid

“116 nəfərin namizədliyi qeydə alınıb. Bir nəfər isə könüllü olaraq öz namizədliyini geri götürüb. Təşviqat üçün ödənişsiz efir vaxtına gəlincə, hər namizəd bunu fərdi qaydada edəcək.”

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Milli Şura və Azərbaycan Demokrat Partiyası bu seçkilərdən imtina ediblər.

İndiyədək qeydə alınan namizədlərdən 274 nəfərinin namizədliyi 15 partiya, 18 nəfərinki “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərinki təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

XS
SM
MD
LG