Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:44

Məhərrəm ayı oktyabrın 3-də başlayır


Nardaranda Aşura mərasimi [geniş video]
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Nardaranda Aşura mərasimi [geniş video]

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) islamda müqəddəs sayılan Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayı, bu aydakı Kərbəla faciəsi və Aşura gününün mahiyyətindən danışıb.

A.Paşazadə vurğulayıb ki, tədbirlər dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməlidir.

Daha sonra QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı fətvası açıqlanıb.

Fətvada qeyd edilir ki, hicri-qəməri təqvimi ilə 1437-cı il başa çatır. Bu, miladi təqvimi ilə 2016-cı il oktyabrın 3-nə təsadüf edilir. «Aşura günü» isə oktyabrın 12-də qeyd olunmalıdır.

Fətvada «aşura»nın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir.

Fətvada qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Dindarların özlərinə və digərlərinə xəsarət yetirməməsi tövsiyə olunur.

Sənəddə bunun əvəzində ehtiyacı olanlara qan verilməsi aksiyalarının təşkili zəruri sayılır.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).
İslamda Məhərrəm ayında müharibə günah sayılır.

XS
SM
MD
LG