Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

«Bankların əhaliyə verdiyi kredit faizlərini artırması gözlənilmir»


Nicat Hacızadə
Nicat Hacızadə

-

Azərbaycan Mərkəzi Bankı (MB) 2016-cı ilin ilk rübü bitmədən uçot dərəcəsini artıq 2-ci dəfə yüksəldir. Martın 4-də uçot dərəcəsi 5%-dən 7%-ə qaldırılıb. Daha öncə - fevralın 15-də 3%-dən 5%-ə çatdırılmışdı.

Uçot dərəcəsi, başqa sözlə yenidən maliyyələşmə dərəcəsi mərkəzi bankların bazara 3 əsas müdaxilə alətindən biridir. Ancaq MB-nin kreditləşmədə payı çox olmadığından, kredit dərəcəsi artırmağın bazara ciddi təsiri hələ görünmür. Bu, bütün hallarda, əvvəl-axır, öz təsirini göstərəcək.

«BANKLARA NAĞD PUL 2% BAHA SATILACAQ»

İqtisadiyyat eksperti Nicat Hacızadə deyir ki, MB ölkədə makroiqtisadi stabilliyi qorumaq və pul-maliyyə bazarındakı yeni meylləri tənzimləmək üçün uçot dərəcəsini qaldırır: «Bu, manatın dəyərinin artırılmasıdır. Başqa sözlə, MB kommersiya banklarına nağd pulu əvvəlkinə nisbətən 2% baha satacaq».

Ekspert yada salır ki, burda əhalini düşündürən əsas məqam uçot dərəcəsinin kredit faizlərinə necə təsir edəcəyidir: «Hazırda bankların kredit faiz dərəcələri, əsasən, 25%-i aşır. Yəni, MB-nin uçot dərəcəsindən yetərincə yuxarıdır. Deməli, kommersiya bankları bunu əsas götürüb kredit faiz dərəcələrini qaldıra bilməzlər».

«KREDITLƏRİN ƏSAS MƏNBƏYİNƏ BAXSAQ...»

N.Hacızadə də MB-nin kreditləşmədə payının azlığına diqqət çəkir: «Bankların verdiyi kreditlərin əsas mənbəyinə baxsaq, MB kreditlərinin daha az olduğunu görərik. Digər mənbələr depozitlər və xarici maliyyə institutlarından cəlb olunan vəsaitdir. MB-nin faizi digər bank kreditlərindən çox aşağı olduğuna görə, təsirsizdir. Başqa sözlə, bankların təklif edəcəyi kredit faizlərinin artması gözlənilmir».

XS
SM
MD
LG