Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:56

Şarl Mişel vəziyyətlə bağlı bəyanat verdi: Ağdam yolu da qərarın bir hissəsi ola bilər


Şarl Mişel
Şarl Mişel

Qarabağdakı humanitar vəziyyət sürətlə pisləşir və buna görə də yerli əhalinin ehtiyaclarının təmin olunması üçün addımların atılması son dərəcə zəruridir.

Bunu sentyabrın 1-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib.

Mişelin sözlərinə görə o əmindir ki, Laçın dəhlizi bundan əvvəlki razılaşmalara və BMT məhkəməsinin qərarına uyğun olaraq açılmalıdır.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik edən Mişel bunu da deyib ki, humanitar yardımların çatdırılması üçün Ağdam yolundan istifadə də təcili tələbatın təmin edilməsi üçün “konkret və dayanıqlı qərarın bir hissəsi” ola bilər:

“Aİ habelə vurğulayır ki, Bakı tərəfindən Qarabağ ermənilərinə onların Laçın dəhlizi ilə Ermənistana və geriyə hərəkət qaydalarının dəqiqləşdirilməsi zəruridir”.

Avropa rəsmisi deyib ki, Bakı və Xankəndi arasında dialoq son dərəcə vacibdir:

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilməli, konkret şərtlərin müzakirəsi mümkün qədər tez başlanmalıdır”.

Avropa Şurasının rəhbəri sonda deyib ki, “cəsarətli kompromis qərarların” vaxtı çatıb.

Buna qədər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Azərbaycan Qarabağa humanitar ardımın gətirilməsi üçün Ağdam və Füzuli-Şuşa yollarını da təklif edib.

Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

'İlham Əliyev Xankəndində də dəmir qaydalar qoymaq istəyir'
Gözlə

No media source currently available

0:00 0:08:17 0:00

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG