Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:30

Muradbulaqda məktəb – yük vaqonu


Muradbulaqda məktəb
Muradbulaqda məktəb

-

«Kənddə məktəb yoxdur, eləsi var, uşağını yaxın kəndlərdəki məktəblərə aparır, eləsi var, apara bilmir, elə kənddəki vaqon- məktəbə qane olur».

MƏKTƏB TİKİLMƏDİ

*Youtube Kanalımızda hər gün yeni videoları olur- Abunə olun

Şəkinin Muradbulaq kəndində məskunlaşan Xocalı köçkünlərinin bəhs etdiyi «məktəb» kəndin bir küncündə qoyulmuş iki vaqondan ibarətdir. Köçkün övladlarının təhsil alması üçün «müvəqqəti məktəb» adı ilə yan-yana qoyulmuş vaqonlar üçüncü onillikdir ki, məktəblilərə «xidmət göstərir». Kənd sakini Surət Vahabov AzadlıqRadiosuna danışır ki, əvvəllər kənddə yeni məktəb tikiləcəyini desələr də, sonradan səs-səmir çıxmayıb:

«Adamlar da gördülər ki, məmurlar yalan danışır, məktəb tikmək fikirləri yoxdur, məcbur qalıb özləri haradansa tapdıqları vaqonları gətirib yan-yana qoydular. Dedik, məktəb tikilənə qədər uşaqlar, heç olmasa, yazmağı, oxumağı öyrənsinlər. Məktəb də tikilmədi. Uşaqları qonşu kəndlərdəki məktəblərə aparıb gətirməli olduq».

VAQONDA BİR NEÇƏ UŞAQ QALIB

Bəzi ailələrdəki məktəblilər qonşu kəndlərin məktəblərinə gedir, bəzi ailələrinsə buna imkanı çatmır. Qonşu kəndə gedib-gəlmək imkanı olmayanlar ya kənddəki vaqona qane olur, ya da o ailənin uşaqları yerli-dibli təhsilsiz qalır.

Vaqonlardan birini arakəsmə ilə iki hissəyə ayırıblar və nəticədə iki «sinif otağı» alınıb. Köçkün Mədinə Əzizova da yaxın vaxtlara qədər nəvələrini həmin «məktəbə» yollayırmış. Deyir, görəndə ki, qonşular uşaqlarını qonşu kəndlərə aparır, onun da nəvələri vaqon-məktəblə vidalaşıb:

«İndi cəmi bir neçə uşaq qalıb vaqonda. Ancaq orda uşaqlar boşuna vaxt keçirirlər. Nə dərs vəsaitləri, nə şəraitləri var».

FİLİAL?

Xocalının icra hakimiyyətinin rəsmi saytında yerləşdirilən məlumata görə, Muradbulaqdakı Xocalı köçkünlərinin övladları üçün Qarağav tam orta məktəbinin filialı açılıb.

Köçkünlərsə deyirlər, filial dedikləri elə bu iki yük vaqonundan ibarətdir.
Şəki şəhər İcra Hakimiyyəti isə Muradbulaqda məktəb tikintisinin yaxın vaxtlarda nəzərdə tutulmadığını deyir.

Köçkünlər hökumətdən övladlarının normal təhsilinə şərait yaradılmasını tələb edirlər.

Həmçinin bax: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

XS
SM
MD
LG