Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:11

Nüvə arsenalının ixtisarı dayanıb


Arxiv fotosu
Arxiv fotosu

SIPRI həmçinin qeyd edir ki, Birləşmiş Ştatlar və Rusiya nüvə arsenallarını dəyişdirmək və modernləşdirmək üçün “geniş və bahalı” proqramlar həyata keçirirlər

Soyuq müharibə bitəndən nüvə arsenalında müşahidə olunan azalmanın dayanmasının əlamətləri var. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) xəbərdarlıq edir ki, həm Rusiya, həm də Birləşmiş Ştatlar müdafiə siyasətləri çərçivəsində nüvə silahlarına daha böyük əhəmiyyət verirlər.

Cüzi azalma

Doqquz nüvə silahlı ölkənin – Birləşmiş Ştatlar, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın 2021-ci ilin əvvəlində 13 min 80 nüvə silahı olub. SIPRI iyunun 14-də yaydığı illik hesabatda bildirir.

Bu, 2020-ci ilin əvvəlindəki 13 min 400 silah sayında cüzi azalma deməkdir.

Amma bu sıraya istifadədən çıxarılacaq hərbi başlıqlar da daxildir. Onlarsız nüvə silahı ehtiyatı 9 min 380-dən 9 min 620-yə qalxıb.

“Qlobal hərbi ehtiyatda nüvə başlıqlarının ümumi sayı artır, bu isə soyuq müharibə bitəndən qlobal nüvə arsenalındakı azalma tendensiyasının dayandığını göstərir”, – qurumun nüvə silahları üzrə eksperti Hans Kristensen deyib.

Beynəlxalq qurum: Azərbaycan İsraildən 100 kamikadze dron alıb
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

90 faizdən çoxu

Birləşmiş Ştatlar və Rusiya ümumi nüvə silahlarının 90 faizindən çoxuna malikdir. Bu isə Yerdə həyatı bir neçə dəfə məhv etməyə bəs edər.

SIPRI bildirir ki, nüvə silahlarının sayında ümumi azalmaya baxmayaraq, operativ yerləşdirilən nüvə başlıqları 3 min 720-dən 3 min 825-ə qalxıb.

Bunlardan 2 mininin “yüksək hazırlıq vəziyyətində saxlandığı”, demək olar hamısının Rusiya və Birləşmiş Ştatlara məxsus olduğu qeyd edilir.

Birləşmiş Ştatlar və Rusiya köhnəlmiş hərbi başlıqları istifadədən çıxarmaqda davam edirlər. Ancaq 2021-ci ilin əvvəlində onların hər ikisində bir il öncəylə müqayisədə 50-dək daha çox hərbi başlığının olduğu bildirilir. Britaniya və Fransanın da döyüş vəziyyətinə hazır nüvə başlığı var.

“Geniş və bahalı” proqramlar

SIPRI həmçinin qeyd edir ki, Birləşmiş Ştatlar və Rusiya nüvə arsenallarını dəyişdirmək və modernləşdirmək üçün “geniş və bahalı” proqramlar həyata keçirirlər.

“Həm Rusiya, həm də Birləşmiş Ştatlar milli təhlükəsizlik strategiyalarında nüvə silahlarına daha çox əhəmiyyət verirlər”, – Kristensen deyib.

İlin əvvəlində ABŞ və Rusiya nüvə silahlarının ixtisarı üzrə Yeni START sazişini daha beş il müddətinə uzadıb. Sazişdə döyüş vəziyyətində olan strateji nüvə silahlarının sayı məhdudlaşdırılır, amma ümumi nüvə silahı ehtiyatı azaldılmır.

Hesabata görə, digər yeddi nüvə ölkəsi də yeni silah sistemləri hazırlayır, yaxud yerləşdirirlər, ya da belə bir niyyətlərini açıqlayıblar.

“Çin nüvə silahı inventarını əhəmiyyətli şəkildə modernləşdirmə, yaxud genişləndirmə işinin ortasındadır, Hindistan və Pakistan da nüvə arsenallarını genişləndirir”, – SIPRI vurğulayır.

XS
SM
MD
LG