Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:14

Nardaran qarşıdurması (4-cü hissə) - jurnalist araşdırmasının nəticələri


Arxiv fotosu: Nardaran polis əməliyyatından az sonra, 27 noyabr 2015
Arxiv fotosu: Nardaran polis əməliyyatından az sonra, 27 noyabr 2015

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Əvvəli burada:

“Haradadır İmam Hüseyn üçün ağlayıb Yezidi lənətləyənlər? Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyn dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Taleh kimi meydanda tək buraxardınız. Bu gün haqqı söylədiyi, zülmə etiraz etdiyi üçün zalımın qəzəbinə tuş gələni meydanda tək buraxıb sonra da ildə bir dəfə məhərrəmlik ayında Məscidə gedib ağlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz”.

Fuad Qəhrəmanlı öz postunda Taleh Bağırov haqqında hökumət nəzarətində olan medianın təbliğatına da cavab verib. O, Bağırovun İran agenti kimi damğalanmasını hüquq müdafiəçilərinin Qərb agentləri kimi damğalanması ilə müqayisə edib. Onun fikrincə, Taleh Bağırov heç zaman dini dövlət tərəfdarı olduğunu dilinə gətirməyib.

Taleh Bağırovun İranla bağlılığı barədə hökumətyönümlü mətbuat yazırdı.
Fuad Qəhrəmanlı ittihama səbəb olan statusunda Taleh Bağırovun əksinə, dindarları İranın təsiri altından çıxardığını bildirmişdi:

“İrana bağlı olanlardan fərqli olaraq, Hacı Taleh yeganə dini lider idi ki, Güney Azərbaycandakı etiraz aksiyalarına dəstək verdi. Hacı Taleh hakimiyyətin dəyib toxunmadığı din xadimlərindən fərqli olaraq yeganə din xadimi idi ki, dindarları demokratik mübarizəyə qoşaraq onları rejimə qarşı müxalifət mövqeyinə yönəldirdi. Bu səbəblərə görə də onun həbs edilməsi məsələsində İranın və Azərbaycan hökumətinin maraqları üst-üstə düşür”.

Arxiv: Nardaran hadisələri dəqiqəbədəqiqə

İran Parlamentinin sədri Əli Laricani və İranın Azərbaycandakı səfirliyi hadisələrdən sonra bəyanat yayaraq, Nardaran hadisələrinin Azərbaycanın daxili işi olduğunu bildirmişdilər.

Əli Laricani:

“Hər iki ölkə uzun illərdir ki, mehriban qonşuluq və dostluq şəraitində yaşayır. Biz eyni adət və ənənələrə malikik. Nardaranda baş verən hadisələr barədə eşitmişəm, bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər".

Hökumət mətbuatı arqument olaraq, İranın nüfuzlu ayətullalarından biri Həmədani Azərbaycana səfər edərkən Bağırovun onun əlini öpməsini göstərirdi. Tarixçi alim Altay Göyüşov bildirir ki, əl öpmədə İran təsiri axtarmaq gülüncdür:

“Əvvəla Həmədanini ölkəyə hökumət özü dəvət edib. Bakını, rayonları gəzdirib. Hökumət istəmədiyi adamı heç ölkəyə buraxmır da. Xatırlayırsızsa, heç ABŞ Dövlət Departamentinin rəsmisi Thomas Melianı ölkəyə buraxmamışdı. Müctəhidin, ağsaqqalın əlini öpmək sadəcə köhnə ənənədir. Bu bizdə də olub, indi Türkiyədə var. Bizdə sadəcə sovet dövründə bu ənənənə aradan götürülüb. SSRİ-nin dağılmasından sonra yalnız dindarlar arasında ənənə kimi bərpa olunub”.

Problemin bir hissəsi də Azərbaycandakı şiələrin üz tutacağı ayətullahın – mərceyi təqlidinin olmamasıdır. Altay Göyüşov deyir ki, bu sovet dövründən qalma problemdir.

“Ayətullah ona görə yoxdur ki, sovet dövründə dini mərkəzlərlə əlaqə kəsilib, kiminsə gedib təhsil almaq imkanları olmayıb. İnqilabdan qabaq bizdə (müctəhidlər olub). Ayətullah, mərcai təqlid almaq üçün şiələrin Harvardı və Yale-i sayılan İrandakı Qum, yaxud, İraqdakı Nəcəfdə təhsil almaq lazımdır, özü də uzun müddət. Sovet dövründə sadəcə bu mümkün olmayıb”.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Taleh Bağırov isə xütbələrində xüsusilə də Nəcəfdəki institutlarla əlaqənin kəsilməsində Qafqaz Müsəlmanları İdarəsini suçlayırdı:


Vəkil Yalçın İmanov Taleh Bağırovun istintaqa verdiyi ifadələrində Müsəlman Birliyi Hərəkatını məhz milli məfkurəyə dayanan dini təşkilat yaratmaq istəyi ilə yaradıldığını bildirir:
VİDEO

Fuad Qəhrəmanlı da Taleh Bağırovun hökuməti tənqidlə yanaşı məhz bu xəttinə görə hədəfə gəldiyini yazmışdı:

“Bu gün ölkəmizdə İranın hizbullahçıları sərbəst şəkildə təşkilatlanırlar, cənub bölgəmizdə məscidlərin çoxu İrana bağlı şəbəkənin nəzarətindədir. Ancaq hökumət buna göz yumur, çünki bu İran şəbəkəsi dindarları siyasətdən, haqq uğrunda mübarizədən kənarda tutmağa çalışır. İqtidara da məhz belə dindarlıq sərf edir. Ona görə də Hacı Talehi ləkələyib məhv etmək istəyirlər”.

Ekspertlər ölkədə olan mötədil şiə birliklərinin hədəfə gəlməsinin həm də İŞİD-in yayılan nüfuzunun qarşısını almaqda əngəl ola biləcəyini söyləyirlər.

Altay Göyüşov:

Altay Göyüşov: Həmədaninin əlini öpdüyünə görə kimisə...
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

“Mən konkret Talehin, Zülfüqarın (Müsəlman Birliyi” Hərəkatının üzvü Zülfüqar Mikayılov -red.) təşkilatı haqqında bir söz deyə bilmərəm.

Amma ümumiyyətlə şiəlik İŞİD qarşısında ciddi səddir. Nəzərə alsaq ki, rəsmi İslamın, yəni Allahşükürün (Qafqaz Müsəlmanları idarəsinin rəhbəri Allahşükür Paşazadə - red.) nüfuzu sıfırdır. Məhz yeni nəsil şiələrin bu işdə rolu xüsusidir. Amma bunu da qeyd etməliyəm ki, bunların özünün də məqsədlərində təhlükəli məqamlar var. Çünki Şəriət idarəçiliyi bunların əqidəsinin bir parçasıdır. Fəqət Taleh bu yeni nəsil arasında birincisi idi ki, açıq şəkildə Azərbaycanda dini idarəçiliyin mümkün olmadığını demişdi.

Məsələn, İlqar İbrahimoğlu (DEVAMM-ın - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri -red.) bunu heç vaxt deməyib. Hərçənd burada da bir məsələ var ki, bəzi ekspertlərin iddiasına görə Taleh təqiyyə edir. Şiə praktikasında təhlükə olanda məqsəd üçün niyyəti gizlətmək ənənəsi var. Ona görə mən bilmirəm Taleh sekulyar quruluş əleyhinə olmadığını deyəndə bu həqiqi qənaətidir, yoxsa təqiyyə. Amma hətta açıq deməsi belə bu ciddi addım idi”.

Azərbaycan hökuməti İŞİD-in təbliğatı ilə mübarizədə də kəskin mövqe qoyduğunu iddia edir. Son illərdə İŞİD sıralarında döyüşənlərin həbsi barədə dəfələrlə rəsmi məlumatlar yayılıb. Amma cinayət işləri ilə bağlı məlumatlarla yaxından tanış olarkən, həbs olunanların əhəmiyyətli hissəsinin İŞİD deyil, ona rəqib olan Ən-Nüsra Cəbhəsi və Təhriki Taliban tərəfində döyüşdükləri anlaşılır.

Buna da baxın: Nardaran hadisələri ilə bağlı məhkəmə prosesindən reportaj - Tale Bağırov: 'Qurana and içirik ki...'

Nardaran məhbuslarının yaxınları da şiə olduqları halda İŞİD terrorçuları kimi təqdim olunmalarından narazıdırlar. Onlardan biri olan Mərhəmət Bünyatova:

Həyat yoldaşı və qaynın həlak olan Nardaran sakini
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

"Hadisədən bir həftə qabaq başladılar bizim haqqımızda televizorda təbliğat aparmağa. Bizi vəhabilərlə, terroristlərlə bir tutmağa. Halbuki, biz Əli şiyəsiyik. Hansı terrorçuluqdan söhbət gedə bilər? Terrorçuluq bizim şiyəliyə yaraşan bir şey deyil.

Qardaşımı əlil elədilər, yoldaşımı, qaynımı öldürdülər. Istəyirəm bu işə ədalətlə baxılsın. Hələ heç bir şey araşdırılmadan, heç nə üzə çıxmadan bizi terrorçu adlandırdılar. Dövlət qurumlarından, rəhbərlərindən xahiş edirəm, bizim işimizə ədalətlə baxın. Biz evlərimizdə oğlan uşaqları böyüdürük. Onlar sabah xalqımın əsgərləridirlər. Bəlkə də oxudular, nə isə qabğa getdilər. Bir vətəndaş kimi, uşaqlarımızın adından deyirəm. Sabah uşaqlarım gözükölgəli olmasın. Deməsinlər atalarınız terrorçu olub. Bu damğanı bizim adımızdan götürsünlər.

Başqa bir Nardaran sakini Leyla Bünyatova:

Nardaran hadisələrində zərərçəkmişlər işin ədalətli araşdırılmasını istəyirlər
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

“Bu evdə nələrin olduğunun üzə çıxmasını istəyirəm. Mənim evimin adamları evdə rəhmətə getdi. Bu, məni çox yandırır. Onlara nahaqdan terrorçu deyilməsi məni çox yandırır. Onların üzərindən bu damğanın götürülməsini istəyirəm. Hadisələrin ədalətli araşdırılmasını istəyirəm. Bizim həyatda daha kişi xeylağı qalmayıb”.

Məhkəmə prosesi istintaqın yarımçıq buraxdığı işləri tamamlayacaqmı? Siyasi motivli bütün işlərdə olduğu kimi bu işdə də ədalət gözləməyən vəkillərin ümidi yalnız proses açıq keçiriləcəyi təqdirdə ictimaiyyətin Nardaran əməliyyatının gerçək üzünü öyrənəcəyidir.

XS
SM
MD
LG