Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:33

Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'


Arif Qəmbərov
Arif Qəmbərov

"Mən otağa daxil olan kimi söyüşlər yağdırmağa başladılar. Səbəbi də mənə qarşı haqsızlıqlara şikayət etməyim idi. Bildirdilər ki, ‘susmasan, şikayətlərindən əl çəkməsən, sənə pis olacaq’. Bu azmiş kimi, üstümə şığıyıb məni döydülər. 2-3 dəqiqə təpik altında qalandan sonra qapıya yaxınlaşdım ki, çıxım qaçım. Ancaq yumruqlarından, təpiklərindən canımı qurtara bilmirdim. Həm döyür, həm söyürdülər. Halımın pisləşdiyini görüb məndən əl çəkdilər".

Bunu AzadlıqRadiosu-na Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri Tresti”nin işçisi Arif Qəmbərov danışır. O, Günəşli yatağında 8 saylı özüldə qazma üzrə rəis müavini işləyir. Lakin bu ilin iyunundan iş yerinə buraxılmır və AzadlıqRadiosu-na bunun səbəblərindən danışıb.

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

“KÖNÜLLÜ” AŞAĞI VƏZİFƏYƏ KEÇMƏK

Arif Qəmbərov 30 ildir ki, çalışdığı trestdə özbaşınalığa etirazını bildirdiyi üçün trestin rəhbərliyi tərəfindən döyülmə və təhqirə məruz qaldığını iddia edir. Onun sözlərinə görə, ötən yay ona aşağı vəzifəyə keçirilməsi üçün könüllü ərizə yazdırmaq istəyiblər. Elə hər şey də bundan sonra başlayıb:

"Bir müddətdir məndən tələb edirlər ki, ərizə yazıb "könüllü şəkildə" aşağı vəzifəyə keçirilməyimi xahiş edim. Mənsə tələbi yerinə yetirmirəm. Onlar da qarşımda şərt qoyublar ki, "könüllü" aşağı vəzifəyə keçməsəm, işimi yerli-dibli itirəcəm. Hətta bu barədə yaşadığım ünvana bildiriş də göndəriblər ki, imzalayım... Mənsə imzalamadım, xahiş etdim ki, məni “Neft Daşları” Bölümünün 602 saylı özülünə vakant yerə təyin etsinlər. Əmək Məcəlləsinə görə, şəkərli diabet xəstəsi olduğum üçün mənə üstünlük verilməlidir. Dedilər, ‘o yer sənlik deyil, o yerin yiyəsi var’. Həmin vəzifəyə qazma işlərindən anlayışı olmayan və şəxsi münasibətləri olan başqasını təyin etdilər. İyunun 29-da isə məni əmrlə ixtisara saldılar. Müəssisədə işə götürülmə, işdən çıxarılma, aşağı, yuxarı vəzifələrə təyinat, maaş bölgüsü və sair – hər şey trest rəhbərliyinin qohumluq və yerlipərəstlik meyarları ilə ölçülür".

“AİLƏ TRESTİ”?

Arif Qəmbərov iddia edir ki, təcrübəli neftçilər işdən kənarlaşdırılır, onların yerinə bu sahədə təcrübəsi olmayan, ancaq vəzifədə qohum-qardaşı olanlar gətirilir:

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

"Ali təhsili olmayanların mühəndis-texniki vəzifədə işləməsi ARDNŞ rəhbərliyinin əmri ilə yasaqlandığı halda, trestin rəhbərinin ixtisasca müəllim, meşəbəyi, baytar olan yerliləri qazma mühəndisi vəzifəsinə təyin edilir. Təkcə 19 saylı özülü, 14 saylı stasionar özülü və digər özülləri araşdırsalar, görəcəklər ki, orada çalışmış neftçilərə ərizə yazdırıb aşağı vəzifəyə keçirərək, onların yerinə Salyan –Neftçala zonasından olanları təyin ediblər. Bu səbəbdəndir ki, "Kompleks Qazma İşləri Tresti"ni işçilər öz aralarında "ailə tresti" adlandırırlar".

Arif Qəmbərov deyir, bu il ona düşən məzuniyyətdən də təzyiq vasitəsi kimi məhrum olub. Üstəlik, iyulun 11-dən 19-dək xəstə olduğu müddətdə ona xəstəlik vərəqəsi verməkdən imtina ediblər, sonucda işə gəlmədiyni səbəb gətirərək şiddətli töhmət veriblər. Dediyinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldığı müddətdə xəstəxana həkimləri ilə danışığa girərək onun müalicə almağına da əngəl yaradıblar. Şəkərli diabet və onkoloji xəstəlikdən müalicə olunduğunu söyləyən neftçi xəstəlik vərəqəsini təqdim etmək üçün bu il sentyabrın 14-də “Günəşli” İstehsalat Bölümünün rəisinin qəbuluna getdiyini və təhqir və zorakılığa da orada məruz qaldığını iddia edir.

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

“DÖYÜLMƏ FAKTI TƏSDİQİNİ TAPMIR”

Arif Qəmbərov prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokurorluğa, Dövlət Neft Şirkətinin prezidentinə və başqa qurumlara müraciət edib. Ancaq deməsinə görə, müraciət etdiyi qurumlar onun şikayət ərizəsini elə şikayətçi olduğu trestin rəhbərliyinə göndərir. Trest rəhbərliyi isə həmin qurumlara cavab məktubunda hər şeyi təkzib edir. Beləliklə də, neftçinin şikayəti aylardır ki, araşdırılmamış qalır.

Dövlət Neft Şirkətindən AzadlıqRadiosu-na bildirilib ki, Arif Qəmbərovun şikayətini Xətai rayon prokurorluğu araşdırır. Ancaq onun döyülmə faktı təsdiqini tapmır. Nə ekspertiza rəyləri, nə də şahidlər onun döyüldüyünü təsdiqləmir. Şirkətdən neftçinin "Kompleks Qazma İşləri Tresti"ndə yerlibazlıq, qohumbazlıqla bağlı dedikləri də təkzib olunub və iftira adlandırılıb.

Arif Qəmbərovsa deyir, hadisənin şahidi olan xanım işçilər hədələndikləri üçün danışa bilmirlər. Məhkəmə-tibbi ekspertiza rəyi isə saxtalaşdırılıb.

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

Xətai rayon Prokurorluğundan AzadlıqRadiosu-na bildirilib ki, bu günədək A. Qəmbərovun döyülmə faktı ilə bağlı araşdırma həmin prokurorluqda davam edib. Lakin oktyabrın 16-da o, prokurorluğa dəvət olunub və ona bildirilib ki, iş qovluğu Bakı Şəhər Prokurorluğuna göndərilib.

Arif Qəmbərov deyir, hazırda adı işdə getsə də, onu Kompleks Qazma İşləri Trestinin qapısından içəri buraxmırlar. Trestdənsə bildirilib ki, A. Qəmbərov işə gəlmir.

XS
SM
MD
LG