Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Türkmənistanda tapılan meyit başqasınınmış


►Türkmənistan sularında tapılan meyitin DNT analizinin nəticələri bəlli olub...

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri bəlli olub. Bu haqda xəbəri Dövlət Neft Şirkəti yayıb.

Aparılan ekspertizaların rəyinə əsasən, cəsədin “Neftqaztikinti” Trestində çalışmış Xoşbəxt Xanış oğlu Səmədov olduğu müəyyn edilib.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Xatırladaq ki, yanvarın 29-da Xəzərin Türkmənistan sektorunda tapılan cəsədin “Günəşli” yatağındakı 10 saylı platformadan itkin düşümüş Sahib Şahmarov olduğu iddia edilirdi. S.Şahmarovun ailəsi hətta cəsədə baxış da keçirmişdi.

Bunlara da bax:

Amma S.Sahmarovun qardaşı Seymur Şahmarov meyitin qardaşına oxşamadığı haqda açıqlama vermişdi. O zaman Şahmarovlar ailəsinə cəsədin kimliyini müəyyən etmək üçün S. Şahmarovun oğlundan DNT analizi götürüləcəyini və nəticəsinin 20 günə bəlli olacağı deyilmişdi.

Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Neft Daşları”nda vaqon-otaqda olan 3 fəhlə qasırğa nəticəsində dənizə düşüb. Axşamüstü isə “Günəşli yatağındakı 10 saylı platformada yanğın baş verib. Bu yanğın nəticəsi 34 nəfəri xilas etmək mümkün olub. 30 nəfər isə itkin saylırdı. Onlardan 11-nin meyiti aşkarlanıb.

XS
SM
MD
LG