Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:48

Nəsimi sakinləri: 'Yelləncəkləri qırdılar, 'besedka'ları kürüyüb atdılar...'


Bakının Nəsimi rayonu. Ağaclar kəsilir, yaşıllıqlar məhv edilir...
Bakının Nəsimi rayonu. Ağaclar kəsilir, yaşıllıqlar məhv edilir...

"Çıxdıq yaşıllığı qorumağa, polisi tökdülər əraziyə, bizi kürüyüb tulladılar kənara, cavanları yığıb şöbəyə apardılar. Bununla belə, səsimizi kəsə bilməyəcəklər, biz burda bina tikintisinə imkan veməyəcəyik".

Bunu AzadlıqRadiosu-na Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 22-də yaşayan sakin Umay Abdulzadə deyir.

Buna da bax:​ Sakinlər: ‘’Neftçilər’ metrosundan bazaradək ağaclar məhv edilib...’

“DEYİRLƏR, ƏLİMİZDƏ SƏNƏDİMİZ VAR”

Bu il iyulun 20-dən həmin ünvandakı yaşıllıq və istirahət ərazisi hasarlanıb.

1 aydan çoxdur ki, "MİD 17" MTK ərazidə çoxmərtəbəli bina tikməyə başlayıb. Daha doğrusu, sakinlərin çabalarına baxmayaraq, artıq binanın özülü qazılıb.

Sakin Əlvan Hüseynova:

"Əvvəl ‘besedka’ları sökdülər, uşaqların yelləncəklərini qırdılar, sonra da keçdilər yaşıllığı qırmağa. Eləcə deyirlər, ‘əlimizdə sənədimiz var, pulumuzu verib buraları almışıq, əliniz hara çatır, gedin şikayət edin’".

Buna da bax:​ Daha bir ünvanda yaşıllıq məhv edilir, yerində isə...

NAZİRLİKLƏR DEYİR, TİKİNTİ DAYANDIRILIB

Sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə gediblər. Onlara bildirilib ki, tikinti işləri sənədli və qanuni şəkildə aparılır.

Lakin elə həmin ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə yaşıllığın məhv edilməsi faktını təsdiqləyib və bununla bağlı toplanan materialları Baş Prokurorluğa göndərib. Həmin vaxt Nazirlik belə bir məzmunda məlumat yayıb: "... Əraziyə keçirilən baxış zamanı məlum olub ki, 8 iyul 2017-ci il tarixli 251 nömrəli sərəncamla Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya ayrılıb. Həmin şirkət tərəfindən yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlanılıb. Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub".

Buna da bax:​ 'Yandıra bilmədilər, qırmağa başladılar'

Bakının Nəsimi rayonu. Ağaclar kəsilir, yaşıllıqlar məhv edilir...
Bakının Nəsimi rayonu. Ağaclar kəsilir, yaşıllıqlar məhv edilir...

Avqustun sonunda isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sakinlərə belə bir məzmunda məktub göndərib: ""MİD 17" MTK tərəfindən aparılan qazıntı işlərinə aid icazəverici sənədlər təqdim olunmadığına görə, Agentlik tikinti işlərinin dayandırılması barədə qərar verib və tikinti dayandırılıb".

“BU, VƏTƏNDAŞLARI ƏLƏ SALMAQDIR”

Lakin sakinlərin iddiasına görə, bütün bunlar gözə kül üfürmək üçündür. Çünki elə bu məktub onlara yetişəndə də, məktubdan sonra da ərazidə iş davam edir. Telman Namazov:

"FHN bizə məktub göndərib ki, işlər dayandırılıb, halbuki, gözümüzün qarşısında gecə-gündüz davam edir. Bu, vətəndaşları ələ salmaqdır".

Buna da bax:​ ‘Tərslikdən özüm də vegeterianam...’

Nəsimi rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, şirkət tikinti işlərini Bakı Şəhər İcra Hakimiyyətinin uyğun sərəncamıyla həyata keçirir: “Şirkətin tikintiyə dair bütün sənədləri qaydasındadır. O ki qaldı ağac kəsiminə, buna görə müvafiq qurum tərəfindən cərimələnib. Bu, o demək deyil ki, şirkət işlərini dayandırmalıdır”.

XS
SM
MD
LG