Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:46

Norveç neftin ucuzlaşmasından necə faydalanır


Norveç - Statoil şirkətinin platforması
Norveç - Statoil şirkətinin platforması

►Qeyri-neft sektoru üçün indi "fantastik dövrdür"

Xam neftin qiyməti düşdükcə iş yerlərinin itirilməsi fonunda Norveç neftdən asılılığını azaltmaq üçün yeni planlar ortaya qoymağa məcburdur.

Nordea Bankdan Snorre Storset deyir ki, "bu dəyişiklik bizim düşündüyümüzdən bir qədər tez gəlir. Uzaq perspektivdə bu, Norveç üçün üstünlükdür, çünki bizi yeni iş yerləri yaratmağa vadar edir."

Norveç son 18 ayda neft qiymətlərinin 72 faiz aşağı düşməsinin fəsadlarına uyğunlaşmağa çalışır. Hökumət ölkə iqtisadiyyatının neftə bağlılığını azaltmaq üçün transformasiyaya başlamağa məcbur olub.

Norveç Neft Direktoratının rəhbəri ötən həftə deyib ki, neft sahəsi böhran keçirir və Qərbi Avropanın ən böyük neft ixracatçısı olan ölkəsi dənizdə neft kəşfiyyatını azaltmaöa başlayır. İqtisadiyyatının beşdə biri neftdən asılı olan Norveçin neft şirkətləri xərcləri və iş yerlərini azaldır.

Bunun Nordea Bankına elə də böyük təsiri olmasa da, Storset deyib ki, nəğd pul dövriyyəsinin zəiflədiyi və aktivlərin dəyərinin azaldığı bu zamanda banklar müştərilərlə birlikdə həll yolları axtarmalıdırlar.

Enməkdə olan qiymətlər neft-qaz sənayesini zəiflətsə də, iqtisadiyyatın digər sahələrinin güclənməsinə kömək edir. Belə ki, ixracatyönlü sahələr kronun zəifləməsindən xeyir götürür.

Storset deyir ki, Norveç iqtisadiyyatının digər sahələri zəif krondan, aşağı məzənnədən və daha aşağı maaşlardan mənfəət götürür. Dəniz məhsulları, turizm və bəzi başqa sahələrdə çalışanlar üçün "indi fantastik dövrdür."

XS
SM
MD
LG