Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Paşinyan Qazaxın kəndlərini qaytarmaq istəmir? (Video)


Qazax rayonun anklav kəndləri
Qazax rayonun anklav kəndləri

İyunun 11-də Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətində seçki kampaniyasında çıxış edən baş nazir əvəzi Nikol Paşinyan regionun boş anklav kəndlərindən danışıb və 9 noyabr üçtərəfli bəyanatının imzalanması zamanı hakimiyyətin bu kəndləri Azərbaycana qaytarmaq istəydiyinə dair iddiaları rədd edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bununla belə Paşinyan sənədin imzalanması zamanı 1990-cı illərdə erməni tərəfinin zəbt etdiyi sərhədyanı Azərbaycan kəndlərinin məsələsinə toxunulub:

“Bugün belə bir versiya çox yayılır ki, guya mən imzalamağa hazır olmuşam, amma bəzi adamlar bunun qarşısını alıblar. Əslində əksinə olub. Hansı səbəblərə görə...olduğunu sonra danışaram, öz ehtimallarımı deyərəm. Elə adamlar var idi ki, sənədin bu şəkildə imzalanmalı olduğunu deyirdilər. Amma biz qəti mövqeyimizi bildirdik və bu bənd ümumiyyətlə çıxarıldı...”

Sarkisyanla Demirçiyanı buna görə öldürüblər?

Azatutyunun yazdığına görə, Nikol Paşinyan Ermənistan ərazisindəki Azərbaycan anklavları məsələsinin 1999-cu ildən danışıqların gündəliyində olduğunu iddia edib.

Onun sözlərinə görə, bu barədə Meğrinin mübadiləsinə dair uzun müddət məxfi olmuş və bu yaxınlarda dərc olunmuş sənəddə söhbət gedir.

Paşinyan iyunun 11-də etdiyi çıxışda Vazgen Sarkisyanla Karen Demirçiyanın qətllərini bu sənədlə əlaqələndirib.

Azatutyun yazır ki, Paşinyan çıxşı zamanı Meğrinin mübadiləsinə dair sənəddən bir bəndi oxuyub.

Bu bəndə görə Ermənistan qüvvələrinin Qazax rayonunun kəndləri də daxil işğal olunmuş ərazilərdən çıxarılması tələb olunurdu.

Paşinyanın sözlərinə görə anklavlar mövzusu həmişə danışıqların gündəliyində olub və Azərbaycan “bu məsələni vaxtaşırı qaldırır”.

“Vəziyyət indi necədirsə, elə də qalmalıdır”

Ermənistanın baş nazir əvəzi bu məsələnin həlli barəsində öz baxışlarını ifadə edib:

“Beynəlxalq təcrübəyə və hüquqa əsaslanan ümumi həll məntiqi var. Bunlara görə vəziyyət indi necədirsə, elə də dəyişməz qalmalıdır. Niyə? Çünki bizim də Azərbaycanın nəzarətində olan Artsvaşen (Başkənd, Gədəbəy rayonu – red) anklavımız var. Bizim məntiqimiz belədir: Anklav anklava dəyişdirilməlidir və onların nəzarətində olan onların nəzarətində qalmalıdır, bizim nəzarətimizdə olanlar bizim”.

Paşinyan eyni zamanda bunu da xatırladıb ki, “bugün Ermənistanın onlarla kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır” və bu ərazilərin qaytarılması Azərbaycanın qarşısında qoyulub:

“Biz demişik ki, bu məsələlərə ümumi kontekstdə baxılmalıdır və bu kontekstdə də biz irəliyə doğru hərəkət etməliyik”.

Xatırlatma

Azərbaycanla Ermənistan arasında keçən il başlayan müharibə noyabrın 10-da atəşkə razılaşması ilə başa çatıb.

Rusiyanın vasitəçiliyi ilə əldə olunan bu razılaşmaya görə Azərbaycanın işğal altında olan rayonlarından erməni qüvvələri çıxarılıb.

Qarabağda erməni yaşayış məskənləri ilə Azərbaycan ordusu arasına isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan sonra Azərbaycan əsgərləri Ermənistanla dövlət sərhədini bərpa etməyə başlayıblar.

1990-cı illərin əvvəlində bu əraziləri erməni qüvvələri işğal etdiyində orada dövlət sərhədini bərpa etmək mümkün olmamışdı. Bu üzdən tez-tez tərəflər arasında mübahisə yaranır.

XS
SM
MD
LG