Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Pambıqtəmizləmə zavodlarının hamısı özəlləşdirilib, birindən başqa


Pambıqtəmizləmə zavodu
Pambıqtəmizləmə zavodu

Son iki həftədə Azərbaycanda açıq hərraclarda 7 pambıqtəmizləmə zavodunun səhmi satılıb. Müşahidəçilər investorların 30 faizlik bu səhm zərflərini dövlətdən satın almasını iki səbəbə bağlayırlar.

Bir manat ver, ikimanatlıq səhm al

Hərraclarda pambıqtəmizləmə zavodları səhmlərinin özəlləşdirilməsinə 1 milyon 481 min 727 manat öhdəlik götürülüb. Bu, onların 1997-ci ildəki qiymətinin yarısı qədərdir.

Yerli fond bazarının təhlilçisi Vüqar Rəcəbov AzadlıqRadiosu-na deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) hərrac yolu ilə bir zərfdə (30 faiz) 1 manatdan satdığı səhmlərin bir ədədinə qiymətli kağızlar bazarında 1,80-2 manat ödəyirlər. Başqa sözlə, investorlar heç nə itirmirlər. Ancaq digər tərəfdən baxanda, pambıq yığımının qızğın cağında 1,5 milyon manatı dövlətə ödəmək onlara resurs çatışmazlığı yarada bilər.

Əsas alıcı «MKT İstehsalat Kommersiya» MMC-dir

Keçmiş postsovet məkanında aparılan özəlləşdirmə prosesindən fərqli olaraq, Azərbaycanda özəlləşdirmədə qalib gələn investorların adları açıqlanmır. Tək istisna investisiya müsabiqəsini udan hüquqi şəxslərdir. Bu səbəbdən, pambıqtəmizləmə zavodlarının səhmlərini alan şəxslərin kimliyi məlum deyil.

Buna da bax:​ Azərbaycanın xaricə buraxılmayan biznesmenləri

Tək o məlumdur ki, həmin səhmdar cəmiyyətlərinin bir çoxuna «MKT İstehsalat Kommersiya» MMC nəzarət edir. Şirkət dövlətin pambıqçılığa açdığı imkanlardan faydalanaraq (əkin sahələrinin genişləndirilməsi, suvarma texnikasının güzəştli şərtlə satışı, əkin sahələrinə qulluq üzrə texnika və pambıqyığın kombayn alışı), pambıqtəmizləmə zavodları səhmlərinin 30 faizini də satın almaq qərarına gəlib.

Büdcə çətinə düşüb

İllərdən bəri gah pul hərracında, gah investisiya müsabiqəsində investorlara təklif olunan səhmlərin indi qısa bir zamanda satın alınması səbəblərindən danışan müşahidəçilər burada subyektiv amillərin az rol oynamadığını düşünürlər. ƏMDK səhmdar cəmiyyətlərinin rəhbərliyinə, səhmlərin nəzarət paketi sahiblərinə məktubla üz tutaraq, özəlləşdirməni başa çatdırmalarını təklif edir. Təkliflər arasında müəssisənin yerləşdiyi torpaq sahəsinin də özəlləşdirilməsi var. İndi, əvvəlki illərdə olduğu kimi, buna görə «şirinlik» də istəmirlər. Məqsəd – özəlləşdirmədən dövlət büdcəsinə bacardıqca çox vəsait cəlb etməkdir.

Salyan pambıqtəmizləmə zavodunu da satırlar

Sentyabrın 27-də keçiriləcək növbəti pul hərracına «Salyan Pambıq» ASC nizamnamə kapitalının 30,02 faizini təşkil edən 320 min 204 ədəd səhmi çıxarılıb. Salyan şəhərində istehsal prosesləri və inzibati binası da daxil, müəssisənin bir neçə bina və qurğusu, eləcə də bu rayonun 4 kəndində pambıqqəbulu məntəqələri var. 3,6 hektarı tikili altında olmaqla, toplam 38,4 hektar torpaq sahəsi müəssisənin sərəncamındadır.

Buna da bax:​ Yenidən depozit hərracı keçiriləcək

Zavodlar kimlərindir?

Azərbaycanda pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsinə 1997-ci ildə başlanıb. Zavodların 14-ü «MKT İstehsalat Kommersiya» MMC-nin, 3-ü - «Azercot» MMC-nin, 3-ü- «Jecot S.A, Jeneve» (İsveçrə) şirkətinin nəzarətinə keçib. O zaman iki zavodu (Ağdam və Kürdəmir) onların direktorları özəlləşdirsə də, sonradan pambıqçılıqda yaşanan böhran bu müəssisələrin bir çoxunun fəaliyyətinin dayanması ilə nəticələnmişdi. Maliyyə hesabatlarının təhlili göstərir ki, əksər müəssisələrin ödəyəcəkləri borc onların əsas vəsaitlərinin dəyərini üstələyir.

Ağdaş pambıqtəmizləmə zavodunu necə almalı?

Pambıq istehsalı və emalını gerçəkləşdirmək bankdan götürdüyü kredit «Jecot S.A, Jeneve» şirkətinin ağır yükünə çevrilib. Şirkət, götürdüyü kreditin təminatı kimi, «Ağdaş-Pambıq» ASC-nin 729 min 340 ədəd (67,86 faiz) səhmini girov qoymuşdu. İndi «Bank Nikoil» ASC həmin səhmləri nominal qiyməti ilə satışa çıxarıb «Jecot»un Goranboy və Zərdabda da pambıq zavodları var.

XS
SM
MD
LG