Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:34

Paşinyan: 'Onlar ötən 30 ilin qisasını almağa çalışacaqlar...'


'Paşinyan özü gəlib yalvarır ki...'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

'Paşinyan özü gəlib yalvarır ki...'

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla münasibətləri tarixindən danışarkən deyib ki, “onlar ötən 30 il üçün Ermənistandan qisas almağa çalışacaqlar”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan ötən həftəsonu Gümrüdə özünün hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri ilə görüşündə ölkəsinin hazırkı təhlükəsizlik sistemindən söz açıb.

Baş nazir vurğulayıb ki, Ermənistanın hazırkı müdafiə sistemi onun ərazi bütövlüyünün təmin olunmasında işləmir.

Paşinyan əlavə edib ki, bu problemin həlli ilk növbədə “legitimliyin xətti üzərində dayanmaqdır”.

Onun sözlərinə görə legitimlik xətti beynəlxalq aləmdə tanınmış sərhədlərdir.

Paşinyan vurğulayıb ki, Azərbaycan Ermənistandan son 30 ilin qisasını almağa çalışa bilər:

“Onlar deyirlər: bizim ərazimizi almışdlar, bizə qaytarmaq istəmirdilər və biz hücuma keçdik...İndi elə bir vaxtdır ki, onlar bizdən 30 ilin qisasını almaq istəyə bilərlər. Görək necə olur...Biz bundan əvvəlki 30 ildə etdiklərimizə haqq qazandırırdıq, indi onlar etdiklərinə haqq qazandırırlar. Mənim dediyim odur ki, bu proses dayanmalıdır. Dayanmalıdır ki, biz növbəti nəslə sakit, dinc və xoşbəxt yaşamaq imkanı verək”.

Bundan əvvəl

Rəsmi Bakı Yerevandan Qazax rayonunun anklav olmayan dörd kəndinin dərhal qaytarılmasını tələb edir.

Paşinyanın özü də etiraf edib ki, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Almatı Bəyannaməsinə görə de jure Azərbaycan ərazisidir.

Azatutyunun yazdığına görə Paşinyan bunu da bildirib ki, Ermənistan ordusunun bu dörd kənddən geri çəkilməsi üçün Ermənistanın 31 kəndinə aid ərazilərin qaytarılması şərt kimi qoyulmayıb.

Paşinyan ötən həftə sərhəd bölgəsinin sakinləri ilə görüşündə demişdi ki, sözü gedən kəndlərin qaytarılmaması daha bir müharibəyə yol aça bilər.

Baş nazir bəyan etmişdi ki, Yerevanın rəsmi siyasəti müharibəyə yol verilməməsidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Onlar qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır əməllərdə ittiham edilirlər.

XS
SM
MD
LG