Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Paşinyan: 'Müqavilənin imzalanmasını əngəlləyən əsas faktor qarşılıqlı etimadın olmamasıdır'


Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da ölkə parlamenti qarşısında etdiyi çıxışda deyib ki, Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının imzalanmasını əngəlləyən əsas faktor qarşılıqlı etimadın olmamasıdır.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə ölkənin gələn il üçün büdcəsindən danışan Paşinyan deyib ki, 2024-cü ildə hərbi xərclər 2018-ci illə müqayisədə iki dəfə artırılacaq.

Amma o əlavə edib ki, bu artım "müharibədən daha çox sülhə hazırlıqla" bağlıdır.

Paşinyanın sözlərinə görə vətəndaşların özlərini daha təhlükəsiz hiss etməsi sülh və sabitliyin əsas qarantiyasıdır:

“Mən əminəm ki, bizim bütün qonşularımız heç kəsə qarşı hücum niyyətimizin olmamasından agahdırlar və bu mənada mən ordumuzun silah almasından ifadə edilən narahatlıqları səmimi hesab etmirəm. Öz ordusunu gücləndirmək hər bir suveren ölkənin vəzifəsidir. Biz də bunu edirik. Son on ildə Azərbaycanın müdafiə xərcləri Ermənistanın xərclərindən üç dəfə çox olub və bu, bugün də belədir".

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən söz açan Paşinyan deyib ki, tərəflər əsas prinsiplər üzrə razılaşıblar və iki ölkə arasında qarşılıqlı etimadın olmaması sülh müqaviləsinin imzalanmasının dalana dirənməsinin əsas səbəbidir:

“Çünki biz hər dəfə Azərbaycanın bəyanat və hərəkətlərini görürülk və yəqin ki, onlar da bizim bəzi bəyanat və hərəkətlərimizdə razılaşmalardan imtina edilməsini və aqressiv hərəkətlərin planlaşdırılmasını görürlər. Bütün bunlar sülh sazişinin mətn versiyasına mənfi təsir göstərir".

"Aydınlaşdırılması mühüm olan bir sıra məsələlər..."

Paşinyan bir daha vurğulayıb ki, Yerevanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi "dəyişməz" olaraq qalır, amma aydınlaşdırılması mühüm olan bir sıra məsələlər var:

"Sülhün üç əsas prinsipi mahiyyət etibarilə Azərbaycanla Brüssel danışıqlarında razılaşdırılıb".

Baş nazirin sözlərinə görə bu prinsiplər Ermənistan və Azərbaycanın ərazi bütövlüklərinin qarşılıqlı tanınması, sərhədin 1991-ci il Almatı bəyannaməsi və SSRİ Baş Qərargahının 1974-1990-cı il tarixli xəritələri əsasında delimitasiyasıdır:

"Bundan başqa razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiaları yoxdur və onlar belə iddiaların gələcəkdə də olmayacağına dair öhdəlik götürürlər. Ücüncüsü isə budur ki, regional kommunikasiyaların açılması ölkələrin suverenlyi əsasında həyata keçirilməlidir".

"Mümkün fərqli yozum"

Paşinyan mümkün sülh müqaviləsi ilə bağlı bir məqama da toxunub:

"Bundan başqa iki əsas məsələnnin aydınlaşdırılması zəruridir. Söhbət razılaşma mətninin mümkün fərqli yozumunun aradan qaldırılması mexanizminin və təhlükəsizlik qarantiyalarının yaradılmasıdır. Yəni sülh sazişi imzalanandan sonra hər hansı eskalasiya istisna olunmalıdır".

Ermənistan baş naziri bildirib ki, Yerevan bu məsələlərin həlli üçün diplomatik və siyasi işi fəallaşdırmalıdır.

Bundan əvvəl Azərbaycan tərəfi də Ermənistanla sülh müqaviləsinin bütün əsas müddəalarının razılaşdırıldığını və bu istiqamətdə maneə qalmadığını bildirib.

Bununla belə Bakı son vaxtlar Yerevanı sülh müqaviləsinin imzalanmasını uzatmaqda günahlandırır.

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Azərbaycan prezidenti oktyabrın 15-də Xankəndi və Ağdərə şəhərlərində dövlət bayrağını ucaldıb.

XS
SM
MD
LG