Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:30

Pelosinin ərinə hücum olub


Nensi Pelosi əri Pol Pelosi ilə
Nensi Pelosi əri Pol Pelosi ilə

Hücumun təfərrüatları, o cümlədən sözü gedən şəxsin evə necə girməsi hələki açıqlanmır

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi oktyabrın 28-də səhərin erkən saatlarında öz evində “zorakı hücuma” məruz qalıb.

Reuters agentliyi bildirir ki, spikerin ofisi bu hücum barədə bəyanat verib:

"Hücum edən saxlanıb və hazırda bu hücumun motivləri araşdırılır. Cənab Pelosi xəstəxanaya çatdırılıb, ona yüksək səviyyədə tibbi yardım göstərilir və tamamilə sağalacağı gözlənilir”.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hücum vaxtı evdə olmayıb.

Hücumun təfərrüatları, o cümlədən sözü gedən şəxsin evə necə girməsi hələki açıqlanmır.

San Fransisko polis idarəsi və Nensi Pelosinin ofisi medianın sorğularına hələki cavab vermirlər.

Seçki ərəfəsində

Reuters yazır ki, bu hücum noyabrın 8-də Konqresə aralıq seçkisinin ərəfəsində baş verib.

Bu seçkidə habelə Nümayəndələr Palatasına kimin rəhbər olacağı müəyyənləşməlidir.

Reuters bunu da qeyd edir ki, Vaşinqtonun ən qocaman demokrat liderləindən biri olan Nensi Pelosi tez-tez respublikaçıların tənqidləri ilə üzləşir və hədələnir.

Onun ofisi 2021-ci ilin 6 yanvarında keçmiş prezident Donald Trampın tərəfdarları tərəfindən qarət edilib.

O vaxt hücum edənlərdən bəziləri şəxsən Nensi Pelosini axtarırdılar.

Həmin ilin yanvarında onun evi vandalizm hücumuna məruz qalmış və qarajının qarşısına kəsilmiş donuz başı atılmışdı.

Bu da qeyd olunur ki, Senatda respublikaçıların lideri Miç Makkonnel də vandalizm hücumlarına məruz qalıb.

82 yaşlı Pol Pelosi San Fransiskoda daşınmaz əmlak firmasının sahibidir.

O ötən may ayında alkoqollu vəziyyətdə avtomobil qəzası törətdiyinə görə cərimələnib.

Həmin vaxt o 5 sutkalıq həbs cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG