Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:02

‘Ramiz Mehdiyevin taleyi dövlət başçısının əlindədir’ [yenilənib]


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyin hansı məqsəd daşımasının detallarına layihə müəllifləri aydınlıq gətirə bilər”.

“Dövlət qulluğu haqqında” qanuna təklif edilən və bu gün, aprelin 25-i parlamentdə birinci oxunuşda qəbul edilən dəyişiklikləri şərh edən hüquqşünas Fuad Ağayev belə deyib.

O, vurğulayıb ki, Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin etməli olan orqan Prezident Administrasiyasıdır (PA).

Buna da bax:​ Prezident Administrasiyasının rəhbəri vəzifəsi daha olmayacaq?

Fuad Ağayev
Fuad Ağayev

“Dövlət qulluğu haqqında” qanunun mətnindən Prezident Administrasiyası anlayışı ümumiyyətlə çıxarılır. Bu anlayış bir qədər mücərrəd olan “dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqan” anlayışı ilə əvəz edilir. Prezident Administrasiyası anlayışı olmayan yerdə, təbii ki, onun rəhbəri vəzifəsi də olmayacaq. Bundan başqa, birinci vitse-prezident təsisatı ilə bağlı onun fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsinin də adı qanunun 11-ci maddəsinə əlavə edilir”, hüquqşünas deyib.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Bununla belə F. Ağayevə görə, dəyişikliklərdən o nəticə çıxmır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev azad edilir:

“Burada söhbət təkcə ondan gedir ki, prezidentin fəaliyyətini təmin edən orqanın adı dəyişdirilir. Əvvəl PA idi, indi mücərrəd bir orqan yaradılır. Əgər R. Mehdiyev əvvəl PA-nın rəhbəri idisə, indi də prezidentin fəaliyyətini təmin edən orqanın rəhbəri vəzifəsində qala bilər, ancaq qalmaya da bilər. Yəni, qanunvericiliyə edilən bu dəyişiklikdən bilavasitə R. Mehdiyevin kənarlaşdırılması nəticəsi çıxmır. İstənilən halda onun taleyi dövlət başçısının əlindədir”.

Şahin Əliyev: ‘Qanun Prezident Administrasiyasını ləğv edə bilməz’

“Qanun Prezident Administrasiyasını ləğv edə bilməz. Çünki Prezident Administrasiyasının yaradılması Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub”.

Buna da bax:​ ‘1-ci ledi elə 1-ci lediydi, onun vitse-prezident olmasına nə ehtiyac vardı?’

PA qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev
PA qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev

Aprelin 25-də ölkə parlamentində “Dövlət qulluğu haqqında” qanuna edilmiş dəyişiklikləri AZƏRTAC-a şərh edən Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev belə deyib.

Onun sözlərinə görə, “Dövlət qulluğu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, prezidentin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın.

Buna da bax:​ 'İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...'

“Misal üçün, prezidentin fəaliyyətinin təmin edilməsində yalnız Prezident Administrasiyası deyil, prezidentin işlər idarəsi, prezidentin xüsusi tibb xidməti də iştirak edir. Ona görə də “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklərdə prezidentin fəaliyyətini təmin edən qurumlar cəm halda göstərilir. Prezident Administrasiyasının adı qanunda öz əksini tapa bilər, çünki bu ad Konstitusiyada təsbit olunub. Lakin adını çəkdiyim digər iki qurumun - Prezidentin İşlər İdarəsi, Prezidentin Xüsusi Tibb Xidmətinin adları qanuna salına bilməz. Ona görə ki, bu hal olsaydı, Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri məhdudlaşmış olardı”, Ş.Əliyev deyib.

Ş.Əliyev vurğulayıb ki, Konstitusiyaya görə, prezident qanunları poza bilməz.

“Adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi”, Ş.Əliyev bildirib.

Buna da bax:​ Azərbaycanın itirilmiş şəffaflığı

XATIRLATMA

Bu gün, aprelin 25-də Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edib.

Yeniliklər birinci vitse-prezidentin fəaliyyətini təmin edən strukturların, vəzifəli şəxslərin dairəsinin və digər məsələlərin müəyyən edilməsi ilə bağlıdır.

Dəyişiklik edilən 11.1.1.1-ci maddədə ali inzibati vəzifələr sadalanır. Yeni variantda “Prezident Administrasiyasının rəhbərinin vəzifəsi” sözləri əvəzinə “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi” sözləri yazılıb. Bundan başqa, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ali inzibati vəzifələr sırasına daxil edilir.

XS
SM
MD
LG