Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

Deputatlar Putini müharibəni dayandırmağa çağırırlar


Novosibirskdə müharibəyə etiraz aksiyası, 27 may, 2022-ci il
Novosibirskdə müharibəyə etiraz aksiyası, 27 may, 2022-ci il

Deputatlar Vasyukeviç və Şulqanın sessiyada çıxış etməsinə imkan verməyiblər

Rusiyanın Uzaq Şərqdə yerləşən Primorsk diyarında Kommunist Partiyasından bur qrup deputat Prezident Vladimir Putini Ukraynada hərbi əməliyyatları dayandırmağa və qüvvələrin hamısını bu ölkədən çıxarmağa çağırıblatr.

Vilayətin qanunverici orqanının üzvü Leonid Vasyukeçiv mayın 27-də iclasda deputatların bəyanatını səsləndirib.

“Gənclər ölür, yaxud əlilə çevrilirlər”

Bəyanatda deyilir ki, Rusiya Ukraynada ciddi itkilər verir, hərbi yolla uğur qazanmağın yolu qalmayıb.

“Anlayırıq ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, ölkədə daha çox uşaq valideynsiz qalacaq. Hərbi əməliyyatda gənclər ölür, yaxud əlilə çevrilirlər, baxmayaraq ki, onlar ölkəyə çox faydalı ola bilərdilər”, – bəyanatda vurğulanır.

Vasyukeviç bəyanatı özü və həmkarları Gennadi Şulqa, Natalya Koçuqova Aleksandr Sustovun imzaladığını deyib.

İclasda iştirak edən vilayət qubernatoru Oleq Kojemyako bəyanatı müdafiə edən Vasyukeviç və Şulqanın binadan çıxarılmasına göstəriş verib.

“Bu addım Rusiya ordusunun və nasizmə qarşı savaşan müdafiəçilərimizin nüfuzuna kölgə salır. Siz xəyanətkarsız”, – Kojemyako Vasyukeviçə müraciətlə deyib.

“Çox ağır nəticələr”

Deputatlar Vasyukeviç və Şulqanın sessiyada çıxış etməsinə imkan verməyiblər. Kommunist partiyasından deputatların lideri Anatoli Dolqaçyov deyib ki, deputatların bu hərəkətinin “çox ağır nəticələri” olacaq.

AzadlıqRadiosu bəyanatı imzalamış deputatlardan şərh ala bilməyib.

Ancaq Sustov radioya deyib ki, “Ukraynadakı xüsusi hərbi əməliyyat haqda” şəxsi fikri var, amma bəyanatı imzalamayıb. Bu isə Vasyukeviçin dediyinə ziddir.

Interfax xəbər agentliyinin məlumatına görə, Koçuqova da iclasda bəyanatı imzalamadığını bildirib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb, amma ukraynalıların gözlənəndən daha sərt müqavimətilə üzləşib.

Ukrayna və Qərb rəsmiləri müharibədə minlərlə Rusiya əsgərinin həlak olduğunu deyirlər. Moskva martın 25-dək 1351 əsgərin öldüyünü açıqlamışdı.

XS
SM
MD
LG