Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:38

Putinin həbsinə order verildi


ABŞ-da anti-Putin aksiyalarından birində plakatlar
ABŞ-da anti-Putin aksiyalarından birində plakatlar

Beynəlxalq Cinayət Məhkəməsi (The International Criminal Court - ICC) “Ukraynada yaranmış vəziyyət kontekstində” Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verdiyini bəyan edib.

ICC-nin martın 17-də verilmiş bəyanatında deyilir ki, həbs orderi habelə Rusiyanın uşaq hüquqları üzrə rəsmi nümayəndəsi Mariya Lvova-Belova barəsində verilib.

O ukraynalı uşaqların zorla Rusiyaya deportasiyasında şübhəli bilinir.

Bəyanatda deyilir ki, “bu iki şübhəli şəxs aktları birbaşa, başqaları ilə birlikdə və ya başqalarının vasitəsilə” həyata keçiriblər.

Bu da qeyd olunur ki, Putin tabeçiliyində olan mülki və hərbi şəxslərin üzərində nəzarətini lazımınca icra etməməklə onların əməllərinə rəvac və icazə vermiş olub:

"İnanmağa kifayət qədər əsas var ki, hər iki şübhəli əhalinin qanunsuz deportasiyası və uşaqlara zərər vurmaqla əhalinin Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına transfer edilməsi kimi hərbi cinayət üçün məsuliyyət daşıyır”.

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və onun işində iştirak etmir. 2016-cı ildən bəri Moskva məhkəmənin hərəkətlərini müəyyən edən Roma Statutunun tərəfi deyil. Martın 17-i axşam orderə Rusiyanın ilk reaksiyasını Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu tezislə təkrarlayıb.

Şübhəlilərin adları niyə açıqlanıb?

Bu barədə sübut və dəlillərinin getdikcə artmasına baxmayaraq Rusiya qonşu ölkənin ərazisində vəhşiliklər törətməsini və insan haqlarını tapdalamasını qətiyyətlə danır.

Putinin uşaq haqları üzrə müşaviri birbaşa prezidentin tabeçiliyinə işləyir və “minlərlə” ukraynalı uşağın Rusiyaya qanunsuz deportasiyasına rəhbərlik edir.

ABŞ Maliyyə Nazirliyinin 15 sentaybr tarixli bəyanatında deyilirdi ki, Lvova-Belovanın vasitəsi ilə Ukrayna uşaqlarının zorla rus ailələrinin himayəsinə verilməsi, onların “vətənpərvər ruhda yenidən tərbiyələndirilməsi” aktları həyata keçirilib.

Bu da qeyd olunur ki, Rusiya bu hərəkətlərin qanuniləşdirilməsi üçün xüsusi qanunvericilik aktları qəbul edib.

Lvova Belova ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

ICC bildirir ki, adətən həbs orderləri cinayət qurbanları və şahidlərin təhlükəsizliyi məqsədilə məxfi saxlanır, amma təşkilat cinayətlərin hələ də geniş miqyasda davam etməsini nəzərə alaraq və bununla bu cinayətlərin dayandırılmasına ümid edərək şübhəlilərin adlarının açıqlanması qərarına gəlib.

XS
SM
MD
LG