Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:29

​​​​​​​Putinin Bakıya səfəri Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsindən xəbər verir


Prezidentlər İlham Əliyev və Vladimir Putin avqustun 18-də Bakıda görüşüblər
Prezidentlər İlham Əliyev və Vladimir Putin avqustun 18-də Bakıda görüşüblər

AzadlıqRadiosunun Cənubi Qafqaz məsələlərindən yazan müxbiri Coşua Kuçeranın məqaləsində deyilir ki, son bir neçə ildə Azərbaycan təlatümlü regionda Rusiya liderinə ən xoş üz göstərən yeganə ölkə olub.

Belə ki, Ermənistan müttəfiqindən sürətlə üz çevirir, Gürcüstan isə Qərblə aralarında yaşanan böhrana baxmayaraq, Putin üçün çox da dost olmayan məkan kimi qalır.

Müxbir yazır ki, öz ölkəsində Ukrayna ordusunun Kursk vilayətinə müdaxiləsi ilə bağlı böhran yaşayan Vladimir Putini prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva hərarətlə qarsılayıblar.

Lakin Kuçeranın fikrincə Əliyevin qonaqpərvərliyinin də hüdudu var və Bakı xeyli vaxtdır ki, özünün çoxvektorlu xarici siyasəti ilə müxtəlif meydançalarda oynaya bilir.

Müxbir vurğulayır ki, 2024-cü ilin Qafqazında Putinin ümid edə biləcəyi ən yaxşı variant budur.

Kuçera yazır ki, Putinlə qucaqlaşma və təbəssümlərin arxasında Azərbaycan Rusiyanı regional siyasət meydanından çıxarmağa çalışır.

Onilliklər boyunca Rusiya ABŞ və Avropa ölkələri ilə birlikdə Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsində əsas rolu oynayıb. Lakin münaqişə tənzimlənməsi prosesinin kənar güclər üçün regionda öz təsirini artırmaq imkanı hesab edən Azərbaycan son aylarda Rusiyanı, eləcə də başqa xarici qüvvələri prosesdən uzaqlaşdıraraq sülh müqaviləsi üzərində Ermənistanla təkbətək işləmək qərarına gəlib.

“Zəngəzur dəhlizi” Bakıdan çox Moskvaya lazımmış

Məqalədə deyilir ki, Azərbaycanın bu yaxınlarda ən ziddiyyətli məqamlardan biri olan Azərbaycan-Naxçıvan nəqliyyat dəhlizi məsələsini sülh müqaviləsi danışıqlarından çıxarmaq qərarı da Rusiya üçün daha bir zərbə olub.

Kuçera yazır ki, Azərbaycanda “Zəngəzur dəhlizi” kimi tanınan bu marşrut Bakı üçün kritik əhəmiyyətə malik olsa da, Rusiyaya regionda yeni “ayaqyeri” verməlidir. Belə ki, Moskva, Bakı və Yerevan arasında 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda Ermənistan ərazisindən keçməli olan bu marşruta Rusiya FTX-nin sərhəd qoşunları nəzarət etməli idilər.

Müxbir yazır ki, Moskva hələ də bu müddəanın son razılaşmada olacağına ümid edir və bu baxımdan Putinin Bakıda sülh danışıqları barədə verdiyi bəyanatlarda bir qədər təəssüf və kədər sezilirdi:

“Əgər biz Azərbaycan və Ermənistan arasında sülh razılaşması imzalaya bilsək, sərhədin delimitasiya və demarkasiyasını başa çatdırsaq, haqqında çox müzakirə apardığımız logistika və iqtisadiyyatı blokdan çıxara bilsək, çox məmnun olardıq”.

Məqalədə deyilir ki, bundan daha çətin məsələlərə isə ümumiyyətlə toxunulmayıb.

Moskva Bakını qıcıqlandırmaq istəmir

Müxbir yazır ki, may ayında Rusiyanın vəzifəli rəsmilərindən biri Moskvanın Qarabağda Rusiya konsulluğunun açılmasına ümid etdiyini bildirmişdi. Lakin hazırda bütün Qarabağ ərazisinə nəzarət edən Azərbaycanda bu istək narahatlıqla qarşılanıb. Azərbaycanlılar şübhə edirlər ki, Kreml bu gizli gündəliyi ilə regionda Rusiyanın və hətta bəlkə də Ermənistanın təsirini təkrar bərqərar etməyə çalışır.

Putinin Azərbaycana səfərinin ərəfəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinin bu barədə sualına yayğın cavab vermiş və demişdi ki, ölkədə “konsulluqlarla bağlı iş üçün məkan çox məhduddur”.

Səfir daha sonra Azərbaycan mediasına demişdi ki, o Qarabağda Rusiyanın səfirliyi olacağını deməyib.

Bülbüloğlu bildirirdi ki, o bu məsələnin hələ müzakirə mərhələsində olduğunu deyib.

Putin və Əliyev isə, belə görünür danışıqlar zamanı bu məsələyə toxunmayıblar.

Məqalədə deyilir ki, Putinin Azərbaycana səfər etdiyi bir vaxtda Bakının başqa bir hissəsində onun keçmiş müşaviri Ruben Vardanyan və Qarabağın başqa separatçı liderləri həbsxanada idilər.

Putinin səfərindən əvvəl Rusiya Erməniləri İttifaqı ona müraciət edərək Bakıda Qarabağ məhbusları məsələsini qaldırmağı xahiş etmişdilər. Belə görünür ki, bu məsələyə də toxunulmayıb.

Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?
Gözlə

No media source currently available

0:00 0:10:22 0:00

Putinin bu səfərdən əsl məqsədi

Kuçera yazır ki, iki ölkə arasında iqtisadi məsələlərlə bağlı ortaq məxrəc tapmaq çətin deyil. Əliyev aprel ayında Moskvaya səfər edəndə, danışıqların əsas diqqəti Azərbaycan ərazisindən keçərək Rusiyanı İranla və Fars körfəzi ilə birləşdirəcək nəqliyyat şəbəkəsinə yönəldilmişdi.

Müxbir yazır ki, bu layihə Rusiya üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxilə edəndən sonra Qərblə münasibətləri çöküb və indi bu səbəbdən özünün ticarət əlaqələrini şərqə və cənuba doğru inkişaf etdirməyə çalışır.

Məqalədə deyilir ki, belə bir şaxələndirmədən Azərbaycan da mənfəətlənə bilər, amma Putin və Əliyev arasında danışıqlardan görünən odur ki, bunu ilk növbədə Moskva istəyir.

Avqustun 19-da Əliyev-Putin danışıqları başa çatandan sonra tərəflər ərzaq təhlükəsizliyi və ya əmək müfəttişliyi kimi məsələlərə dair müqavilələr imzaladıqlarını bəyan ediblər. Bundan başqa Bakıda Rusiya-Azərbaycan Universitetinin açılması və iki ölkənin neft tankerləri istehsalı üçün birgə müəssisə yaratmasına dair razılaşmanın əldə olunduğu deyilir.

Bəzi azərbaycanlıların Putinin səfərinin əsl səbəbi barədə gəldiyi nəticə isə belədir ki, Rusiya lideri beynəlxalq aləmdə təcrid olunmasına baxmayaraq, hələ də müttəfiqlərinin olmasını göstərmək istəyib.

XS
SM
MD
LG