Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

İşğaldan azad edilən ərazilərlə bağlı: 'Sanki bir qənimətdir…'


Şuşaya qayıdış nə vaxt başlanır? Otel, restoranlarda qiymətlər
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

Şuşaya qayıdış nə vaxt başlanır? Otel, restoranlarda qiymətlər

Rəsmi qurumların açıqlamasına görə, bu il artıq Kəlbəcər və Laçın yaylaqlarına 300 mindən çox xırda- və iribuynuzlu heyvan aparılıb.

Üstəlik, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıb.

Lakin həmin rayonların heç birində, hələlik, məskunlaşmaya başlanılmayıb.

"Mənə cavab gəlməyib"

Tərtər rayonunda (rayon mərkəzi və bir çox kəndləri işğal altında olmayıb) yaşayan və adının çəkilməsini istəməyən bir fermer AzadlıqRadiosuna bildirib ki, bu il heyvanlarını işğaldan azad olunmuş ərazilərin yaylaqlarına aparmaq istəsə də, ona, hələlik, müsbət cavab verilməyib: "Elektron qaydada müraciət etmişəm, amma mənə cavab gəlməyib".

Onun sözlərinə görə, tanıdığı digər fermerlər də həmin yaylaqlara öz heyvanlarını apara bilməyib.

Azad olunmuş ərazilərin bərpasında korrupsiya ittihamı: Bir qoyun 310 dollar alınacaq?
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Nazirlik: "51 min hektarda şumlama işləri aparıb"

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan"a bildirilib ki, bu il fermerlərə öz qoyunçuluq təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib: "Köçlə bağlı aprel ayının əvvəllərindən start verilən prosesin uğurlu şəkildə nəticələnəcəyini düşünürük. Artıq Kəlbəcər və Laçın yaylaqlarına 300 mindən artıq heyvanın çıxarılması təmin edilmişdir".

Nazirlikdən açıqlamaya görə, portaldan qeydiyyatdan keçən və sayı reqlamentə uyğun xırdabuynuzlu heyvana sahib olan təsərrüfat sahiblərinə Kəlbəcər, Laçın yaylaqlarında öz təsərrüfatlarını yerləşdirmək üçün müvafiq icazələr verilib: "Əvvəlki illərdən fərqli olaraq bu il Kəlbəcər və Laçın yaylaqlarından istifadəyə yalnız bu rayonlardan olan fermərlərə deyil, ümumiyyətlə, azad olunmuş ərazilərin rayonlarından olan bütün fermerlərə şərait yaradılıb".

Habelə vurğulanıb ki, Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə 2021-2022-ci təsərrüfat ili üzrə 50 min 935 hektar sahədə şumlama işləri aparıb: "Bunun 50 min 393 hektarında səpin həyata keçirilib. Aparılan əkinlər, əsasən, taxıl əkinləridir, buğda və arpa".

Qarabağda torpaq islahatı nə vaxt başlayacaq?
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

"O şirkətlər yüksək vəzifəli məmurlara məxsusdur"

Kənd məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, indi işğaldan azad olunmuş ərazilərdə əkin-səpin işlərini, əsasən, bir neçə şirkətlər aparır: "O şirkətlər yüksək vəzifəli məmurlara məxsusdur. Onların arasında o torpaq əraziləri bölünüb, icarəyə verilib".

Onun sözlərinə görə, ölkədə 8 milyon başa qədər xırdabuynuzlu heyvan var: "Bunun yalnız 300 mini sözügedən yaylaqlara köçürülüb. Əlbəttə, orada sayla və digər məsələlərlə bağlı müəyyən şərtlər qoyulmuşdu. Bu şərtlərə yalnız imkanlı sahibkarlar cavab verə bilər".

V.Məhərrəmlinin hesablamasına görə, hazırda Kəlbəcərdə 1 milyon xırdabuynuzlu heyvanı saxlamaq üçün şərait var: "Amma yalnız 300 min aparılıb. Qarabağa, hələlik, bir ailə olsun köçməyib, bir kəndliyə orada hələ pay torpağı verilməyib. Amma artıq iki ildir ki, orada məhsul istehsal olunur".

O, həmin məhsulların da böyük ölçüdə statistikaya salınmadığı qənaətindədir: "Sanki bir qənimətdir əldə ediblər və istədikləri kimi yararlanırlar. Vaxtilə orada yaşayan vətəndaşlar isə o gəlirdən məhrum olur".

Qarabağı hansı şirkətlər tikir? Tender elanı verilirmi?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Xatırlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsindən sonra baş verən silahlı toqquşmalar nəticəsində Azərbaycan ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. 2020-ci ildə Ermənistanla aparılan 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan ərazilərinin çoxuna nəzarəti bərpa edib.

XS
SM
MD
LG