Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:25

Qazaxıstan Rusiya qiymətli kağızlarını ölkənin infrastrukturundan çıxarmağa çalışır


İllüstrativ foto
İllüstrativ foto

Qazaxıstanın Mərkəzi Depozitar Bankı brokerlərə və idarə edən şirkətlərə avqustun 1-dək Rusiya qiymətli kağızlarının dövriyyədən çıxarılmasını tapşırıb.

RBK agentliyi yazır ki, bu məlumatı Depozitar Bank da təsdiqləyib.

Xəbərdə deyilir ki, bankın bu tapşırığı Moskva birjasına və onun strukturlarına qarşı ABŞ-ın qoyduğu sanksiyalarla bağlıdır.

Qeyd olunur ki, Rusiya qiymətli kağızlarının dövriyyədən çıxarılması 2024-cü ilin avqustunadək başa çatmalıdır.

Bu kağızlarla əməliyyatların keçirilməsi üçün lisenziyaların müddəti avqustun 13-ə qədərdir.

Mərkəzi Depozitar Bank müştərilərini xəbərdar edir ki, Rusiya qiymətli kağızları ilə bağlı sərəncamların icrası “məhdudlaşdırıla və mürəkkəbləşdirilə” bilər.

Pen & Paper vəkilllik kollegiyasından Kira Vinokurova deyib ki, əgər bu kağızlarla bağlı sərəncamlar avqustun 1-dək göndərilməzsə, aktivlər faktiki olaraq Qazaxıstan Mərkəzi Depozitar fondunda dondurulmuş vəziyyətə düşəcək.

“Honqkonq dolları”

İyun ayında ABŞ və Britaniya Rusiyanın bir sıra maliyyə strukturlarına, o cümlədən Moskva birjasına qarşı sanksiyalar elan edib.

Bunun ardınca Rusiyanın Mərkəzi Bankı mümkün risklərin azaldılması məqsədilə “Honqkonq dolları” ilə ticarəti dayandırıb.

Çində Honqkonq inzibati ərazisinin rəsmi valyutası olan “Honqkonq dolları” ABŞ dollarına bağlıdır.

Moskva birjası isə dollar və avro, habelə bu valyutalarla hesablanmış səhmlər, maliyyə alətləri və qiymətli metallarla ticarəti dayandırıb.

Bunun ardınca Qırğızıstanın bir neçə kommersiya bankları Rusiyaya və Rusiyadan pul köçürmələrinə müvəqqəti məhdudiyyət qoyub.

XS
SM
MD
LG