Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:35

Qazaxıstan 1-ci siniflərdə rus dilinin tədrisini ləğv edir


Rus dili dərsində
Rus dili dərsində

Maarif naziri Asxat Aymaqambetovbildirib ki, birinci sinif şagirdləri üçün üç dili eyni vaxtda öyrənmək çətindir

Qazaxıstan hökuməti yeni dərs ilindən birinci siniflərdə rus və ingilis dillərinin tədrisini ləğv edəcək.

Bu barədə məlumatı ölkənin maarif naziri Asxat Aymaqambetov avqustun 16-da verib.

Nazirin sözlərinə görə məktəblərin birinci siniflərində yalnız qazax dili tədris olunacaq, beləki ingilis və rus dillərini öyrənmək üçün balacalar əvvəlcə öz ana dilərində yazıb-oxumağı bacarmalıdırlar.

Məmur bildirib ki, birinci sinif şagirdləri üçün üç dili eyni vaxtda öyrənmək çətindir:

"İkinci sinifdən rus dili ayrıca fənn kimi tədris olunacaq, üçüncü sinifdən isə bütün məktəblərdə ingilis dili dərsləri keçiləcək”.

Rusiyalı deputatlar Qazaxıstanda reklamların yalnız qazax dilində olmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Rus dilinin tədrisi tam ləğv olunmur

Eyni zamanda rus dilində təhsil verən məktəblərdə birinci və ikinci siniflərdə qazax və rus dili dərsləri saxlanacaq, üçüncü sinifdən isə ingilis dili tədris olunacaq.

Bundan əvvəl Qazaxıstan məktəblərində qazax, rus və ingilis dili dərsləri birinci sinifdən keçilirdi.

İngilis dilinin birinci sinifdən tədrisinə 2012-ci ildən başlanmışdı.

Bu ayın əvvəllərində Qazaxıstan hökuməti 6-7 il ərzində rus dili dərslərinin tamamilə ləğv ediləcəyinə dair informasiyanı təkzib etmişdi.

O vaxt maarif nazirinin müavini Şolpan Karinova demişdi ki, rusca və qazaxca təhsil verən məktəblərdə hər iki dilin tədrisi mövcud rejimdə saxlanacaq.

XS
SM
MD
LG