Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:54

Dağıstanda bayramın sentyabrın 1-nə düşməsi qalmaqal yaradıb


Dağıstan, Mahaçqala. 1 sentyabr.
Dağıstan, Mahaçqala. 1 sentyabr.

Avqustun 25-də Dağıstanda bir-birinə zidd iki qərar çıxarılıb. Respublika hökuməti ən böyük müsəlman bayramı olan Qurban bayramı münasibətilə sentyabrın 1-ni qeyri-iş günü elan edib.

Ancaq Dağıstanın Təhsil və Elm Nazirliyi həmin gün müəllim və şagirdləri məktəblərə çağırmağı zəruri sayıb. Bu səbəbdən tezliklə nazirliyin rəsmi saytında belə bir məktub dərc edilib:

Buna da bax:​ QMİ Qurban bayramı ilə bağlı fətva verib

«BAŞQA GÜNƏ KEÇİRSƏLƏR, NƏ FƏLAKƏT OLACAQ?»

«Qurban bayramının 2017-ci il sentyabrın 1-nə düşməsi ilə əlaqədar Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi bildirir ki, respublikanın tədris ocaqlarında Bilik günü ştatlı rejimdə keçirilməlidir. 2017-ci il sentyabrın 1-də valideynlərin və ictimai xadimlərin təntənəli mərasimdə iştirakını təmin etməyinizi xahiş edirik».

Şamxal məktəbinin keçmiş direktoru Arsen Abdulaev bu məsələyə təəccüblənir:

«Burada məntiq haradadır? Hökumət qeyri-iş günü elan edib, nazirliksə bələdiyyə başçılarına və bələdiyyə idarələrinin rəhbərlərinə məktub göndərir ki, məktəblərdə mərasim sentyabrın 1-i keçirilməlidir. Belə çıxır ki, nazirlik və hökumətin qanunverici aktları bir-birinə ziddir».

Buna da bax:​ Çeçenistan rəsmisi müğənni Bakaevin yoxa çıxması xəbərini cəfəng adlandırıb (Video)

A.Abdulaev Bilik gününün bazar gününə düşdüyü keçmiş illəri yada salır. Onun sözlərinə görə, belə olanda, Bilik günü mərasimi bazar ertəsi keçirilirdi.

«Onu başqa günə keçirsələr, nə fəlakət baş verəcək ki? Məncə bu, islam dəyərlərinə münasibətin çox dəqiq göstəricisidir», – A.Abdulaev deyir.

BİRCƏ DƏRS İTİRİLİR

«Kavkaz.Realii» saytına müsahibə verən bir neçə orta məktəb müəllimi bu vaxta qədər təhsil naziri Shakhabas Shakhov-un qərarı dəyişdirəcəyinə ümid etdiklərini deyiblər.

Buna da bax:​ Rusiyada Qafqaz respublikalarını necə 'ləğv edirlər'

Qurban bayramı
Qurban bayramı

«Nədənsə, mənə elə gəlir ki, bizim müftilik (dini idarə) Qurban bayramında uşaqların məktəbə gəlməyə məcbur edilməsinə yol verməyəcək», – deyə Mahaçqala məktəblərindən birinin müəlliməsi Marziat Magomedova etiraf edir.

Ancaq Dağıstan müftiliyinin mətbuat xidmətindən bildiriblər ki, onların dövlət idarələrinə təsir imkanları yoxdur və onlar sadəcə tövsiyələr verə bilərlər.

«Hətta bilik günü bazar ertəsinə keçirilsə belə, məktəblilər bütün günü yox, sadəcə bir dərs itirmiş olurlar. Hətta Moskvada Bilik gününü sentyabrın 4-nə keçirməyə qorxmadılar. Anlamıram, bizimkilər nədən narahatdır?», – Raisat Omarova adlı başqa bir müəllimə sual edir.

Buna da bax: Qurban Bayramı yarmarkaları olacaq

TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİ

Məktəblər respublikanın Təhsil və Elm Nazirliyinə tabe olduğuna görə bütün yerli müəllimlər bayram günü məktəbə gedəcəklərini deyirlər.

Daha öncə Moskvada paytaxtın Cümə məscidi yaxınlığında yerləşən məktəblərdə oxuyan şagirdlərin valideynləri Bilik günü münasibətilə keçirilən ənənəvi təntənəli düzülüş mərasiminin sentyabrın 4-nə salınmasını istəyiblər. Onlar bunun «uşaqların təhlükəsizliyi» üçün vacib olduğunu bildiriblər. Belə ki, bayram günlərində məscidin ətrafında səhərdən birgə namaz qılmağa minlərlə müsəlman toplaşır və polislər növbə çəkirlər.

Buna da bax:​ Dərbəndsayağı 'tolerantlıq' - şəhər brendində 6 dini loqotip

Bu günlərdə İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov da 1 sentyabrla bağlı öz fikrini bildirib. O bəyan edib ki, Qurban bayramı məktəblərdə Bilik gününün keçirilməsinə mane olmur.

Bütün bunlara baxmayaraq, Dağıstan sakinləri hesab edirlər ki, sentyabrın 1-də məktəblərdə təntənəli mərasimlərin keçirilib-keçirilməməsi tamamilə valideynlərin iradəsindən asılı olacaq.

XS
SM
MD
LG