Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:26

'Azərbaycana dəstək' postu Radanın Twitter-indən silinib


Ukraynanın Ermənistandakı səfiri Denis Avtonomov
Ukraynanın Ermənistandakı səfiri Denis Avtonomov

Ukrayna Verxovna Radasının rəsmi səhifəsində dərc olunmuş tvit “rəsmi Kiyevin mövqeyini əks etdirmir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ukraynanın Ermənistandakı diplomatik nümayəndəsi Denis Avtonomov deyib.

Ukrayna parlamenti – Verxovna Radanın rəsmi Twitter səhifəsində martın 25-də Azərbaycanın Dağlıq Qarabağdakı son hərəkətlərini alqışlayan tvit dərc olunmuşdu.

Tvitdə deyilirdi: “Azərbaycanın silahlı qüvvələri Rusiya Federasiyası qoşunlarının Ukraynaya göndərilməsindən istifadə edərək Qarabağda hücuma keçib”.

Səfir ərazi bütövlyündən danışıb

Ukraynanın Yerevandakı səfiri Denis Avtonomov bu barədə Azatutyuna deyib:

“Yox, bu o mənada rəsmi Kiyevin mövqeyini əks etdirmir ki, biz müharibəyə sevinə bilmərik. Hazırda Ukraynada da müharibə gedir. Bu məsələ Verxovna Radada müzakirə olunmayıb. Bu məsələ barəsində qərar çıxarılmayıb. Bizim başqa ölkələrin ərazi bütövlüyünə münasibətimiz yaxşı məlumdur. Bu həm Moldovaya, həm Gürcüstana, həm də Azərbaycana aiddir”.

Azatutyun yazır ki, rəsmi Yerevan Rusiya-Ukrayna müharibəsinə münasibətdə neytral mövqe tutub.

Bundan əvvəl Ukrayna səfiri belə mövqedən razılıq ifadə etmişdi.

Xəbər verilir ki, sosial şəbəkələrin erməni seqmentində hiddət doğuran tvit sonradan silinib.

Ukrayna səfiri belə bir tvitin rəsmi səhifədə necə dərc olunmasını izah edə bilməyib:

“Mənə indi demək çətindir ki, bunu kim və niyə edib. Amma tvit artıq silinib. Lütfən nəzərə alın ki, bu tvit artıq yoxdur”.

Bundan əvvəl Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan Factor.am saytına demişdi:

“İş günü başlanan kimi dərhal bizim müdaxiləmiz nəticəsində tvit 15 dəqiqə ərzində silindi”.

Səfir deyib ki, bu məsələ bütün müvafiq orqanlarla müzakirə olunub və artıq qapadılıb.

XS
SM
MD
LG