Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:37

Roma papası buryat və çeçenləri 'qəddar' adlandırdı


Roma katoılik kilsəsinin başçısı Papa Frensis
Roma katoılik kilsəsinin başçısı Papa Frensis

Papa deyib ki “rus ənənəsinə aid olmayan buryatlar, çeçenlər və başqa rusiyalılar”, bir qayda olaraq Ukraynadakı Rusiya ordusunun “ən qəddar” döyüşçüləridir

Roma katolik kilsəsinin başçısı Papa Frensis yezuitlərin “America” jurnalına müsahibəsində özünün Ukrayna müharibəsinə münasibəti barədə təfərrüatlı danışıb.

O müharibənin baiskarlarının adlarını çəkməməsinə və yalnız hər iki tərəfə sülh çağırışları etməklə kifayətlənməsinə dair ittihamlara da cavab verib.

Frensis Ukrayna müharibəsindən danışarkən Rusiya prezidenti Vladimir Putinin adını çəkməməsini onunla izah edib ki, bu siyasətçi “artıq yaxşı məlumdur”.

O əlavə edib ki, “Putinli də, Putinsiz də hamı onun mövqeyini bilir”.

“Stalinin soyqırımı”

Roma papası Qolodomoru indiki müharibənin “tarixi müqəddəməsi” adlandırıb.

Papa bildirib ki, Qolodomor “ukraynalılara qarşı Stalinin soyqırımı” olub.

O müsahibəsində vurğulayıb ki, Ukrayna xalqını “əzabkeş” hesab edir:

"Əgər əzab çəkən insanlar vardırsa, deməli onlara iztirab verən birisi də var. Mən Ukrayna barədə danışanda qəddarlıq haqqında danışıram, çünki mənim Ukraynaya müdaxilə edən ordunun qəddarlığı haqqında informasiyam var”.

Papa Frensis hesab etdiyini bildirib ki, “rus ənənəsinə aid olmayan buryatlar, çeçenlər və başqa rusiyalılar”, bir qayda olaraq Ukraynadakı Rusiya ordusunun “ən qəddar” döyüşçüləridir.

“Özlərini sivilizasiyalı sayanlar...”

Papanın bu bəyanatına Buryatiyanın başçısı Aleksey Tsıdenov və Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dərhal reaksiya veriblər.

Tsıdenov deyib ki, kilsə başçısının hansısa konkret millətləri “qəddar” adlandırması ona qəribə gəlir:

"Tarixdə şəhərlərin, ölkələrin və hətta xalqların özlərini sivilizasiyalı sayan millətlər tərəfindən məhv edilməsinə dair çoxlu nümunələr var.”

Zaxarova isə xatırladıb ki, 2000-ci illərin əvvəllərində bunun tam əksini, rusların qafqazlıları incitdiyini deyirdilər, amma indi başqa cür danışırlar.

Dava-dərman üçün borca düşən şəkər xəstələri...
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Kiyev Rusiya hərbçilərini, o cümlədən Buryatiya və Çeçenistandan olanları hərbi cinayətlərdə - dinc sakinlərin qətllərində, mülki obyektlərə hücumda və cinsi zorakılıqda ittiham edir.

Ukraynada Kiyevin dəvəti ilə Haaqa beynəlxalq məhkəməsinin müstəntiqləri işləyirlər. Moskva hərbi cinayətlər törətdiyini inkar edir.

Rusiya qanunları orduda ayrıca etnik birləşmələrin yaradılmasını nəzərdə tutmur.

Buryatiya və Çeçenistandan olan birləşmələrdə başqa millətlərin nümayəndələri də var.

XS
SM
MD
LG